Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin milli müdafiə nazirini qəbul edib


Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin milli müdafiə nazirini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 13-də Türkiyə Respublikasının milli müdafiə naziri Yaşar Güləri qəbul edib.

 

Sfera.az xəbər verir ki, dövlətimizin başçısı İlham Əliyev PKK terror qruplaşmasının özünü ləğv etməsi ilə bağlı təbriklərini çatdıraraq, bununla əlaqədar Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı təbrik etdiyini vurğuladı. PKK terror qruplaşmasının özünü ləğv etməsini tarixi hadisə adlandıran və bizi də sevindirdiyini deyən Azərbaycan Prezidenti bu məsələdə Türkiyə Prezidentinin siyasi iradəsinin ən başlıca rol oynadığını qeyd etdi. Bununla yanaşı, dövlətimizin başçısı vurğuladı ki, Türkiyə dövlətinin gücü, qardaş ölkənin silahlı qüvvələrinin terrorçularla peşəkarcasına mübarizə aparması, Türkiyə cəmiyyətindəki birlik də terror qruplaşmasının bu addımı atmasında əsas amillərdəndir. Dövlətimizin başçısı dedi ki, bu, yalnız Türkiyə üçün deyil, ümumilikdə, bölgədəki xalqların sülh və əmin-amanlıq şəraitində yaşaması üçün önəmli məsələdir.

 

Təbriklərə görə minnətdarlığını bildirən Yaşar Gülər ilk növbədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın salamlarını dövlətimizin başçısına çatdırdı.

 

Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirdi, onun da salamlarını Türkiyə dövlətinin başçısına çatdırmağı xahiş etdi.

 

Qonaq bir neçə il əvvəl Azərbaycan Prezidentinin güclü iradəsi ilə bölgədə erməni terrorçularına tarixi dərs verildiyini xatırladaraq qeyd etdi ki, Türkiyə terrorla 41 illik mübarizəni zəfərlə bitirdi. Yaşar Gülər bundan sonra Türkiyədə sülh olacağına əminliyini bildirdi və bu hadisənin bölgə üçün əhəmiyyətinə toxundu.

 

Türkiyənin milli müdafiə naziri qardaş Azərbaycanın Silahlı Qüvvələri ilə əlaqələri genişləndirmək üçün gələcəkdə də əllərindən gələni edəcəklərini dedi.

 

Söhbət zamanı Azərbaycan və Türkiyə Silahlı qüvvələri arasında qurulmuş səmərəli əməkdaşlığa toxunuldu, bu xüsusda birgə hərbi təlimlərin uğurla keçirildiyi vurğulandı.

 

Azərbaycanla Türkiyə arasında qardaşlıq və müttəfiqlik münasibətlərinin bütün istiqamətlərdə, o cümlədən hərbi sahədə bundan sonra da uğurla inkişaf edəcəyinə əminlik bildirildi, əlaqələrimizin daha da güclənməsində iki ölkənin dövlət başçıları arasında sıx münasibətlərin rolu vurğulandı.

 

Görüşdə əməkdaşlığın perspektivləri ilə bağlı fikir mübadiləsi aparıldı.


OXŞAR XƏBƏRLƏR

“İranın nüvə silahı olmayacaq” - Netanyahu

“Biz İranın nüvə layihəsini ləğv etmişik və əgər kimsə onu canlandırmaq istəsə, biz də bu cür cəhdin qarşısını almaq üçün eyni qətiyyət və güclə hərəkət e...

Rusiyada dollar və avro BAHALAŞDI

Rusiya Mərkəzi Bankının (RMB) rəhbərliyi ölkədə dollar və avronun rəsmi məzənnələrini qaldırıb.   Sfera.az xəbər verir ki, bu barədə RBM-in saytında ...

İsrailin hücumları nəticəsində İranın daha iki generalı öldürüldü

İsrailin İrana endirdiyi zərbələr nəticəsində İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) iki generalı ölüb.   Sfera.az xəbər verir ki, bu barədə &...

16 yaşlı qızı qaçırmaqda ittiham olunan din xadimi vəzifəsindən azad edildi

Abşeron rayonunun Aşağı Güzdək qəsəbə məscidində imam müavini vəzifəsində çalışan Turab Əliqan oğlu Tahirov tutduğu vəzifədən azad olunub.   Sfera.az...

12 gündə İsrailə atılan raketlərin sayı açıqlandı - Neçə nəfər ölüb?

İran 12 günlük münaqişə nəticəsində İsrailə 550-yə yaxın raket və 1000-dən çox pilotsuz uçuş aparatı atıb.   Sfera.az xəbər verir ki, bunu İsrail Baş...

Erməni deputatın Rusiyaya girişinə qadağa qoyuldu

Ermənistan Milli Assambleyasının hakim “Mülki müqavilə” fraksiyasından olan deputatı Xaçatur Sukiasyanın Rusiyaya girişinə qadağa qoyulub.  ...