Barmaqlar suda niyə qırışır? - Alimlər gözlənilməz cavabla üzləşdilər

Barmaqlar suda niyə qırışır? - Alimlər gözlənilməz cavabla üzləşdilər

Binqemton Universitetindən olan amerikalı alimlər maraqlı bir fenomenin - barmaqların suda uzun müddət qaldıqdan sonra qırışmasının əsl səbəbini müəyyən ediblər.

 

Sfera.az xəbər verir ki, bu barədə "Journal of the Mechanical Behavior of Biomedical Materials" (JMBBM) elmi jurnalında dərc olunmuş araşdırmada məlumat verilir.

 

Əvvəllər hesab olunurdu ki, dəridə yaranan qırışlar sadəcə suyun dəriyə hopması və onun şişməsi nəticəsində meydana gəlir. Lakin yeni eksperiment göstərib ki, bu, təkcə mexaniki təsirin nəticəsi deyil.

 

Tədqiqatçılar müəyyən ediblər ki, barmaq dərisində qırışların hər insanda eyni qaydada əmələ gəlməsinin əsas səbəbi qan damarlarının xüsusi düzülüş formasıdır.

 

Araşdırma zamanı iştirakçılar barmaqlarını 30 dəqiqə ərzində suya salıblar. 24 saat sonra eyni prosedur təkrar edilib. Müqayisələr nəticəsində məlum olub ki, barmaqlarda yaranan qırışların forması hər iki halda tamamilə eynidir.

 

Alimlərin fikrincə, bu sabitlik qan damarlarının strukturunun dəyişməməsi ilə bağlıdır. Damarlar öz yerlərini dəyişmədiyi üçün, qırışlar da eyni naxışla formalaşır.

 

Ən maraqlı məqam isə budur ki, orta siniri zədələnmiş şəxslərdə (bu sinir barmaqların hissiyyatına cavabdehdir) ümumiyyətlə belə qırışlar yaranmır. Bu hipotezanı yoxlamaq üçün orta sinirə zədə almış bir tələbə üzərində test aparılıb və nəticə gözlənildiyi kimi olub - onun barmaqlarında qırış əmələ gəlməyib.

 

Alimlər hesab edirlər ki, bu kəşf kriminalistika və tibbdə yeni imkanlar aça bilər. Məsələn, uzun müddət suda qalmış meyitlərdə belə, barmaq izlərini müəyyən etmək mümkün ola bilər.

 

Tədqiqatçılar bu mexanizmin biometrik texnologiyalar və tibb sahəsində başqa hansı praktik faydalar verə biləcəyini araşdırmaq üçün elmi işlərini davam etdirməyi planlaşdırırlar. (Oxu.az)


OXŞAR XƏBƏRLƏR

“Stomatoloq” “YouTube”un məsləhəti əsasında xəstələri müalicə edib

Çexiyada özünü diş həkimi kimi təqdim edən 22 yaşlı kişi və ailə üzvləri 2023-cü ildə Havliçku Brod şəhərində stomatoloji klinika açıblar. Fırıldaqçıların hekay...

Heç kim İranı nüvə yolundan döndərə bilməz – Araqçı

İsraillə 12 günlük müharibədən sonra Tehranın nüvə texnologiyalarına sadiqliyi daha da güclənib.   xəbər verir ki, bunu İranın xarici işlər naziri Ab...

BMT əməkdaşlarının bir hissəsini İrandan çıxarır

Birləşmiş Millətlər Təşkilatı təhlükəsizlik səbəbi ilə beynəlxalq əməkdaşlarının bir qismini və onların ailə üzvlərini müvəqqəti olaraq İrandan çıxarır. &nbs...

Dünyanın ən sirli yazısını oxuya bilənlərə 1 milyon dollarlıq mükafat veriləcək

Dünyada 7 mindən çox canlı dil var. Bununla belə, dillər illər keçdikcə yox olur. Bir dildə danışan insanların sayının azalması və yeni nəslin bu dili öyrənməmə...

Bred Pitt gələcək həyat yoldaşı ilə ictimaiyyət qarşısında - FOTOLAR

61 yaşlı Hollivud aktyoru Bred Pitt özündən təxminən 30 yaş kiçik sevgilisi İnes de Ramonla ictimaiyyət qarşısına çıxıb.   Sfera.az bildirir ki, cütl...

Paşinyan: "Ermənistanda dövlət çevrilşinə cəhd olub"

"Fırıldaqçılar" Ermənistanda dövlət çevrilişi etmək niyyətində olublar, lakin cəhd baş tutmayıb".   Sfera.az xəbər verir ki, bunu Ermə...