Amerikalı aktrisa ikinci dəfə ana oldu: Əkiz uşaq dünyaya gətirdi - FOTOLAR


Amerikalı aktrisa ikinci dəfə ana oldu: Əkiz uşaq dünyaya gətirdi - FOTOLAR

Amerikalı aktrisa şad xəbəri İnstaqram səhifəsində paylaşaraq bir oğul və bir qız dünyaya gətirdiyini açıqlayıb.
 

Hollivud aktrisası və Conni Deppin keçmiş həyat yoldaşı Ember Herd ikinci dəfə ana olub. “Akvamen” ulduzu əkiz uşaq dünyaya gətirib.
 

Sfera.az bildirir ki, analar günündə aktrisa əkiz uşaq dünyaya gətirdiyini açıqlayıb.
 

"Çoxdankı məqsədimə - böyük ailəyə nail olduğumu anlayanda keçirdiyim hissləri, sevinci sözlər ifadə edə bilməz" - deyə aktrisa yazıb.
 

Ember qıza Aqnes, oğlana isə Okean adını verib.
 

İndi Herd üç uşaq anasıdır. Onun ilk övladı - qızı Una Peyc dörd il əvvəl surroqat ana vasitəsilə dünyaya gəlib.
 

"Oğlum Okean və qızım Aqnes əllərimi tutur və ürəyim sevgi ilə doludur. Una doğulanda dünyam həmişəlik dəyişdi. İndi isə mən üç dəfə daha xoşbəxtəm!" - deyə aktrisa paylaşıb.
 

O, həmçinin analığa gedən yolun, xüsusən də uzun müddətdir doğuşla bağlı problemlərini nəzərə alaraq, asan olmadığını, lakin hər şeyə görə minnətdar olduğunu vurğulayıb.
 

Qeyd edək ki, Ember Herd Conni Depp ilə evli olub. Cütlük 2015-2017-ci illərdə evli idi və 2022-ci ildə qalmaqallı məhkəmə prosesi ilə bütün dünyanın diqqət mərkəzində qalıb. Qalmaqallı məhkəmə və itkilərdən sonra aktrisa daha sakit həyat sürmək üçün İspaniyanın Madrid şəhərinə köçüb. O, şəxsi həyatını gizli saxlayır və son illərdə heç kimlə uzunmüddətli münasibətdə görünmür.

 

Aynil

 


OXŞAR XƏBƏRLƏR

“Stomatoloq” “YouTube”un məsləhəti əsasında xəstələri müalicə edib

Çexiyada özünü diş həkimi kimi təqdim edən 22 yaşlı kişi və ailə üzvləri 2023-cü ildə Havliçku Brod şəhərində stomatoloji klinika açıblar. Fırıldaqçıların hekay...

Heç kim İranı nüvə yolundan döndərə bilməz – Araqçı

İsraillə 12 günlük müharibədən sonra Tehranın nüvə texnologiyalarına sadiqliyi daha da güclənib.   xəbər verir ki, bunu İranın xarici işlər naziri Ab...

BMT əməkdaşlarının bir hissəsini İrandan çıxarır

Birləşmiş Millətlər Təşkilatı təhlükəsizlik səbəbi ilə beynəlxalq əməkdaşlarının bir qismini və onların ailə üzvlərini müvəqqəti olaraq İrandan çıxarır. &nbs...

Dünyanın ən sirli yazısını oxuya bilənlərə 1 milyon dollarlıq mükafat veriləcək

Dünyada 7 mindən çox canlı dil var. Bununla belə, dillər illər keçdikcə yox olur. Bir dildə danışan insanların sayının azalması və yeni nəslin bu dili öyrənməmə...

Bred Pitt gələcək həyat yoldaşı ilə ictimaiyyət qarşısında - FOTOLAR

61 yaşlı Hollivud aktyoru Bred Pitt özündən təxminən 30 yaş kiçik sevgilisi İnes de Ramonla ictimaiyyət qarşısına çıxıb.   Sfera.az bildirir ki, cütl...

Paşinyan: "Ermənistanda dövlət çevrilşinə cəhd olub"

"Fırıldaqçılar" Ermənistanda dövlət çevrilişi etmək niyyətində olublar, lakin cəhd baş tutmayıb".   Sfera.az xəbər verir ki, bunu Ermə...