Bu məkanda qiymət 5 dəfə artdı...


Bu məkanda qiymət 5 dəfə artdı...

Deyirik ki, turizm Azərbaycanda prioritet sahədir. Amma baxırsan, bu sahədəki qərarlar ya gecikir, ya da ümumiyyətlə, hədəfsiz görünür. Məsələn, Qobustan qoruğunda bilet qiymətləri kəskin şəkildə artırılıb. Ən çox da yerli tələbə və şagirdlər üçün. Dünya ölkələri belə tarixi yerləri ucuzlaşdırır ki, insanlar daha çox gəlsin, maraqlansın, tanısın. Biz isə təbliğ etmədən, tanıtmadan qiymət qaldırırıq.

 

O bir yana, ümumiyyətlə, Azərbaycandakı muzeylərin və tarixi məkanların əksəriyyəti tanıdılmır. Neçə nəfər Biləsuvarda “Atəşgah abidəsi” olduğunu bilir? Yaxud Şəkinin, Naxçıvanın, Lənkəranın, Qubanın tarixi məkanları haqqında ictimaiyyətə nə qədər məlumat verilir?

 

Sfera.az bildirir ki, məsələ ilə bağlı turizm eksperti Cabir Dövlətzadə “Yeni Sabah”a açıqlama verib. O, bildirib ki, qiymətlərin artması həm yerli, həm də xarici turistlərin bölgəyə səfərinə mənfi təsir göstərə bilər:

 

“Xüsusilə yerli sakinlər, məktəblilər və tələbələr üçün qiymətlərin bu qədər yüksəldilməsi məqsədəuyğun deyil. Çünki bu qruplar üçün sərfəli və daha əlçatan qiymətlərlə turların təşkil olunması vacibdir. Məktəbli və tələbələrin belə məkanlara səfəri onların milli irsə marağını artırır və bu yerlərin təbliğində mühüm rol oynayır.

 

Əgər qonşu ölkələr öz tarixi abidələrinin tanıdılması üçün geniş təbliğat işləri görürsə, biz də bu istiqamətdə addımlar atmalıyıq. Qobustan bu baxımdan ən nadir və qiymətli nümunələrdən biridir. Bu ərazidəki tarixi və mədəni irs nümunələri daha geniş miqyasda, ciddi şəkildə tanıdılmalıdır. Azərbaycan Turizm Agentliyi bu məqsədlə müxtəlif layihələr həyata keçirməli, məktəblilərin və tələbələrin həmin layihələrdə iştirakını təmin etməlidir”.

 

Ekspert vurğulayıb ki, Qobustan haqqında xüsusi təqdimatlar, slaydlar və vizual şoular hazırlanaraq müxtəlif məkanlarda nümayiş etdirilə bilər:

 

“Təəssüf ki, hazırda bu sahədə təbliğat işləri yetərli səviyyədə aparılmır. Xarici turistlər üçün qiymət artımı beynəlxalq standartlara uyğun kimi görünsə də, yenə də hər şey təqdimatdan və təqdimatın keyfiyyətindən asılıdır. Azərbaycan belə mühüm tarixi məkanı beynəlxalq arenada tanıtmaq üçün televiziya və media vasitəsilə təbliğata maliyyə ayırmalıdır.

 

Nəzərə alsaq ki, son illərdə ölkəmizə gələn turistlərin sayında azalma müşahidə olunur, Gürcüstanda isə əksinə artım qeydə alınıb. Halbuki Gürcüstan ərazi baxımından daha kiçik ölkədir. Bu fərqin əsas səbəbi turizm sektorunun düzgün təşkili və təbliğatın effektiv aparılmasıdır.

 

Elm və Təhsil Nazirliyi də bu sahədə aktiv olmalı, tələbələrin belə tarixi ərazilərə səfərlərində maraqlı tərəf kimi çıxış etməlidir. Belə səfərlər gənclərin həm milli dəyərlərə bağlılığını gücləndirər, həm də onların xaricdə Azərbaycanı təbliğ etməsinə zəmin yaradar. Bunun üçün isə maarifləndirici və təşviqedici tədbirlərin davamlı şəkildə həyata keçirilməsi vacibdir”.


OXŞAR XƏBƏRLƏR

Düşənbədə Azərbaycan Mədəniyyəti Günləri keçiriləcək

Mayın 19-22-də Tacikistanın paytaxtı Düşənbə şəhərində Azərbaycan mədəniyyəti günləri keçiriləcək.   Sfera.az-a xəbər verir ki, bu barədə Azərbaycan ...

Makron Ərdoğanla görüşdə özünü alçalmış duruma salıb - VİDEO

Fransada "Patriotlar" Partiyasının lideri Florian Filippo ölkə prezidenti Emmanuel Makronun Tiranada keçirilən Avropa Siyasi Birliyinin sammiti çərçiv...

Azərbaycanda kişi keçmiş sevgilisinə görə iki nəfəri bıçaqladı

Şirvan şəhər sakini keçmiş sevgilisinə görə iki nəfəri bıçaqlayıb.   Hadisə şəhərin Heydər Əliyev prospekti, 58 ünvanında baş verib. Şəhər sakini Elx...

Leyla Əliyevanın qızı dünya çempionatında finala yüksəldi

İtaliyanın Peruca şəhərində keçirilən Kunq Fu üzrə Dünya Çempionatında Azərbaycan idmançısı Əminə Əliyeva finala vəsiqə qazanıb.   Sfera.az xəbər ver...

“Avroviziya”da erməni təxribatının qarşısı alındı

Ötən gün keçirilən ikinci yarımfinalın məşqlərində Ermənistan təmsilçisinin çıxışı üçün hazırlanan səhnəcikdə arxa fonda iki böyük qurğu yerləşdirilmişdi. &n...

Sahibə Qafarova Papanın andiçmə mərasimində iştirak edəcək

Mayın 17-də Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyəti Roma Papası XIV Leonun rəsmi andiçmə mərasimində iştirak etmək üçün...