PKK ləğv oldu - Türkiyədə terror sonlanacaqmı?

PKK ləğv oldu - Türkiyədə terror sonlanacaqmı?

Kürdüstan Fəhlə Partiyası (PKK) fəaliyyətini dayandırmaq qərarına gəldiyini açıqlayıb.

 

Sfera.az xəbər verir ki, PKK Konqresinin 12-ci Qurultayında təşkilatın bütün strukturlarının ləğvi və silahlı mübarizənin dayandırılması barədə qərar qəbul olunub.
Qərarın qəbul edilməsində təşkilatın qurucusu Abdullah Öcalanın çağırışı mühüm rol oynayıb. Fevral ayının sonunda Türkiyədə ömürlük həbs cəzası çəkən Öcalan PKK-ya silahı yerə qoymağı və fəaliyyətini dayandırmağı tövsiyə etmişdi. O bu çağırışında qeyd edib ki, PKK 20-ci əsrdə güclü zorakılıq, iki dünya müharibəsi, real sosializmin yüksəlişi və süqutu, soyuq müharibə və kürd kimliyinin inkarı kimi ağır şərtlər fonunda yaranıb.

 

Qeyd edək ki, PKK 1978-ci ildə Türkiyədə kürd əhalisinin hüquqlarını müdafiə etmək məqsədilə yaradılıb. 

 

Maraqlıdır ki, PKK-nin terror fəaliyyətinə son qoyması Türkiyəyə qarşı kürdlər tərəfindən terror hücumlarının bitməsi ilə nəticələnəcəkmi?

 

Sfera.az-a açıqlama verən politoloq Elçin Xalidbəyli Türkiyənin əsas təhlükəsizlik problemləri arasında PKK terror təşkilatının ön sırada yer aldığını deyib. Onun sözlərinə görə, ötən əsrin 80-ci illərindən etibarən bu təşkilat minlərlə insanın həyatına son qoymuş, ölkə daxilində çoxsaylı terror aktları törətmişdi:

 

 

“PKK uzun illərdir ki, Ankara üçün ciddi təhlükə mənbəyinə çevrilib. Eyni zamanda bu təşkilat bəzi beynəlxalq güclərin, xüsusilə də Qərb siyasi dairələrinin Türkiyənin sabitliyini pozmaq üçün istifadə etdiyi alətlərdən biri hesab olunur”.

 

Politoloq Türkiyə PKK ilə mübarizəyə onilliklər boyu on milyardlarla dollar maliyyə vəsaiti sərf etdiyini bildirib. 

 

E.Xalidbəyli qeyd edib ki, bu, ölkə üçün olduqca böyük bir iqtisadi yük olub:

 

“Lakin artıq həm PKK rəhbərliyi, həm də onları dəstəkləyən dairələr anlayırlar ki, Ankara ilə “terror dili” ilə danışmaq dövrü keçmişdə qalıb və bu üsullar nəticə vermir. Türkiyə, PKK-nı öz sərhədlərindən çıxarmağa nail olub. Təşkilatın qalıqları hazırda əsasən İraq və Suriya ərazilərində yerləşsə də, Ankaraya təhlükə yaratmaq imkanları getdikcə azalır”.

 


Müsahibimiz son dövrlərdə PKK-nın mövcudluğu və fəaliyyəti üçün real şərait qalmadığını vurğulayıb. 

 

Onun fikrincə əgər təşkilat tərksilah edilməzsə, onun üzvləri tamamilə sıradan çıxarılacaq:

 

“Məhz bu səbəbdən PKK Türkiyənin çağırışlarına reaksiya verərək özünü buraxmaq barədə qərarlar qəbul etməyə başlayıb. Bu isə təşkilatın fəaliyyət dövrünün sona yaxınlaşdığını göstərir. Beləliklə, Türkiyə uzun illərdir qarşı-qarşıya qaldığı əsas təhlükəsizlik problemlərindən birini həll etmək üzrədir. Bu şəraitdə Türkiyə sabitliyini daha da möhkəmləndirərək, inkişaf yolunda əhəmiyyətli irəliləyişlər əldə edə bilər. Ölkə gələcəkdə daha da güclənərək, qlobal miqyasda əsas iradə sahiblərindən birinə çevrilmək istiqamətində addımlarını davam etdirəcək”.

 

Fidan Hacızadə
Sfera.az


OXŞAR XƏBƏRLƏR

Paraşütlə qayalara çırpılan qadınla bağlı yeniTƏFƏRRÜAT

İyulun 7-də Siyəzən rayonunda, “Beşbarmaq piri” adlanan ərazidə paraşütlə qayalara çırpılaraq həyatını itirən Məcidova Nuranə Tofiq qızı Bakıda yaşa...

Ginekoloq Aygün Məmmədovadan Avstriyada uğurlu çıxış- FOTOLAR

Ginekoloq Aygün Məmmədova 29 iyun - 5 iyul tarixlərində Avstriyanın Zalsburq şəhərində keçirilən “Weill Cornell Seminar in Obstetrics and Gynecology&rdquo...

İranla sərhəddə narkotik qaçaqmalçılığına zərbə – 42 kq narkotik vasitə tutuldu

Dövlət Təhlükəsizliyi Xidməti və Dövlət Sərhəd Xidmət birgə əməliyyat-axtarış tədbirləri keçirib.   Sfera.az xəbər verir ki, külli miqdarda narkotik ...

Mədəniyyət Nazirliyi Rusiya ilə bağlı o sənədi təkzib etdi - FOTO

Azərbaycan Rusiya ilə mədəniyyət sahəsində ikitərəfli əməkdaşlığın təbliği ilə bağlı təşəbbüs irəli sürməyib.   Sfera.az xəbər verir ki, bu barədə Mə...

“20 yanvar” metrostansiyası yaxınlığında yanğın- VİDEO

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Yasamal rayonu, “20 yanvar” metrostansiyasının yaxınlığında açıq...

Rusiyalı nazir Bakıya gəldi

Rusiyanın fövqəladə hallar naziri Aleksandr Kurenkov Beynəlxalq Mülki Müdafiə Təşkilatının (BMÜT) iclasında iştirak etmək üçün Bakıya gəlib.   Sfera....