Zelenski sülh çağırışı etdi, Rusiya Ukraynanı vurdu

Zelenski sülh çağırışı etdi, Rusiya Ukraynanı vurdu

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya prezidenti Vladimir Putini görüşə çağırdıqdan bir neçə saat sonra Moskva Ukraynaya qarşı PUA-larla hücumlarını bərpa edib.


Sfera.az “İndependent” nəşrinə istinadən xəbər verir ki, Ukrayna Dəmir Yolları (Ukrzaliznitsia) bu səhər Rusiya PUA-larının hücumuna məruz qalıb. Hücum nəticəsində maşinist yaralanıb.


Dəmir yollarının Teleqram kanalında bildirilib ki, atəşkəs təkliflərinə məhəl qoyulmur, dəmir yolu infrastrukturuna hücumları davam edir.


Xatırladaq ki, Prezident Zelenski İstanbulda Rusiya prezidenti ilə görüşməyə və müharibəyə son qoymaq üçün danışıqlara hazır olduğunu bildirib:
“Qətlləri uzatmağın mənası yoxdur. Mən Putini cümə axşamı Türkiyədə gözləyəcəm. Şəxsən özüm”. 

 

Fidan Hacızadə
Sfera.az


OXŞAR XƏBƏRLƏR

Paraşütlə qayalara çırpılan qadınla bağlı yeniTƏFƏRRÜAT

İyulun 7-də Siyəzən rayonunda, “Beşbarmaq piri” adlanan ərazidə paraşütlə qayalara çırpılaraq həyatını itirən Məcidova Nuranə Tofiq qızı Bakıda yaşa...

Yeni hakimlər kollektivə təqdim olundular

Bu gün Azərbaycan Prezidentinin təqdimatına əsasən Milli Məclisin qərarı ilə Konstitusiya Məhkəməsinə yeni təyin edilən hakimlər Otari Qvaladze, Fərhad Tutayuk,...

Ginekoloq Aygün Məmmədovadan Avstriyada uğurlu çıxış- FOTOLAR

Ginekoloq Aygün Məmmədova 29 iyun - 5 iyul tarixlərində Avstriyanın Zalsburq şəhərində keçirilən “Weill Cornell Seminar in Obstetrics and Gynecology&rdquo...

İranla sərhəddə narkotik qaçaqmalçılığına zərbə – 42 kq narkotik vasitə tutuldu

Dövlət Təhlükəsizliyi Xidməti və Dövlət Sərhəd Xidmət birgə əməliyyat-axtarış tədbirləri keçirib.   Sfera.az xəbər verir ki, külli miqdarda narkotik ...

Mədəniyyət Nazirliyi Rusiya ilə bağlı o sənədi təkzib etdi - FOTO

Azərbaycan Rusiya ilə mədəniyyət sahəsində ikitərəfli əməkdaşlığın təbliği ilə bağlı təşəbbüs irəli sürməyib.   Sfera.az xəbər verir ki, bu barədə Mə...

“20 yanvar” metrostansiyası yaxınlığında yanğın- VİDEO

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Yasamal rayonu, “20 yanvar” metrostansiyasının yaxınlığında açıq...