Maşını pulsuz necə park etmək olar? – Rəsmi


Maşını pulsuz necə park etmək olar? – Rəsmi

Paytaxt Bakıda avtomobilini şəhərin bəzi ərazilərində park etmək istəyən sürücülər müəyyən məbləğ ödəyirlər. Bu məbləğ ərazi və zonalardan asılı olaraq dəyişir. Lakin avtomobilini ödənişli park edənlərlə yanaşı, bu xidmətə görə pul verməkdən azad olan vətəndaşlar da var. Bəzi vətəndaşların hələ də bundan xəbər yoxdur.

 

Parklanma talonu kimlərə verilir?

 

Sfera.az Trend-ə istinadən xəbər verir ki, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib ki, təşkil edilmiş parklanma yerindən hər iki istiqamətdə yolun hər iki kənarı boyu 100 metr məsafədə yerləşən ev və ya binalarda qeydiyyatı olan sakinlər fərdi parklanma talonu alaraq, avtomobillərini onlar üçün ayrılan yerdə ödənişsiz saxlaya bilərlər.

 

"Eyni zamanda, bu imkanlardan yararlanmaq üçün xarici vətəndaşlar da müvəqqəti qeydiyyat ünvanı üzrə müraciət etmək hüququna malikdirlər", - qurumdan məlumat verilib.


OXŞAR XƏBƏRLƏR

DTX və DSX birgə əməliyyat keçirdi: Narkotikin Azərbaycana keçirilməsinin qarşısı alındı

Dövlət Təhlükəsizliyi Xidməti və Dövlət Sərhəd Xidmət birgə əməliyyat-axtarış tədbirləri keçirib.   Sfera.az xəbər verir ki, külli miqdarda narkotik ...

Mədəniyyət Nazirliyi Rusiya ilə bağlı o sənədi təkzib etdi - FOTO

Azərbaycan Rusiya ilə mədəniyyət sahəsində ikitərəfli əməkdaşlığın təbliği ilə bağlı təşəbbüs irəli sürməyib.   Sfera.az xəbər verir ki, bu barədə Mə...

“20 yanvar” metrostansiyası yaxınlığında yanğın- VİDEO

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Yasamal rayonu, “20 yanvar” metrostansiyasının yaxınlığında açıq...

Rusiyalı nazir Bakıya gəldi

Rusiyanın fövqəladə hallar naziri Aleksandr Kurenkov Beynəlxalq Mülki Müdafiə Təşkilatının (BMÜT) iclasında iştirak etmək üçün Bakıya gəlib.   Sfera....

Qaxa istirahətə gedən keçmiş hərbçi evdə ölü tapıldı

Qaxa istirahətə gedən Bakı sakini evdə ölü tapılıb.   Sfera.az APA-ya istinadla xəbər verir ki, hadisə ötən gün axşam saatlarında rayonun Qaşqaç...

İmişlidə güclü yanğın – ANBAAN VİDEO

İmişli rayonunun Hacıalmuradlı kəndində güclü yanğın hadisəsi baş verib.    Sfera.az xəbər verir ki, axşam saatlarında kənd sakini R. Əbişovaya ...