“Fath-360” raketləri yola çıxır: İrandan Rusiyaya hərbi dəstək

“Fath-360” raketləri yola çıxır: İrandan Rusiyaya hərbi dəstək

İran 120 kilometr mənzilə malik “Fath-36” raket sistemlərini yaxın günlərdə Rusiyaya təhvil verməyə hazırlaşır. Bu raketlər Ukrayna müharibəsində istifadə olunacaq yeni silahların əsasını təşkil edə bilər.

 

Sfera.az xəbər verir ki, “Reuters” agentliyinin məlumatına görə, “Fath-360” buraxılış qurğularının göndərilməsi, Rusiyanın Ukraynaya qarşı hücumlarını gücləndirməyə kömək edəcək və Moskva ilə Tehran arasında dərinləşən təhlükəsizlik əlaqələrini bir daha təsdiqləyəcək.

 

Analitiklərin fikrincə, bu silahlar Rusiyaya Ukrayna cəbhəsindəki hərbi hədəflərə və sərhədə yaxın yaşayış məntəqələrinə qarşı dəqiq zərbələr endirmək imkanı verəcək. Bu da döyüş bölgəsində balansı dəyişə bilər.

 

ABŞ ötən ilin sentyabrında İranın raketləri Rusiya bayrağı altında üzən 9 gəmi ilə göndərdiyini açıqlamışdı. Lakin o zaman bu raketlərin buraxılış qurğularının daxil olmadığı bildirilmişdi. İndi isə Qərb təhlükəsizlik mənbələri və regional rəsmilər bu qurğuların da yaxın zamanda çatdırılacağını deyirlər.

 

Rusiya və İran daha əvvəl Moskvanın 2022-ci ilin fevralında başladığı Ukrayna işğalına yardım məqsədilə raket və ya başqa silah göndərildiyini inkar etmişdi. Lakin ABŞ, Ukrayna və Avropa rəsmiləri İranın Rusiyaya minlərlə pilotsuz uçuş aparatı və artilleriya mərmiləri verdiyini bildirirlər.

 

ABŞ Mərkəzi Qüvvələr Komandanı general Kristofer Kavoli ötən ay verdiyi açıqlamada, İranın Rusiyaya 400-dən çox qısa mənzilli ballistik raket verdiyini bildirib. Bu bəyanat “Fath-360” sistemlərinə açıq istinad kimi qiymətləndirilir.

 

Hələlik İranın Rusiyaya başqa raket növləri göndərdiyinə və ya Rusiya qüvvələrinin “Fath-360” istifadə etdiyinə dair rəsmi məlumat yoxdur.


Bəsti Rəfizadə
Sfera.az


OXŞAR XƏBƏRLƏR

Zərərçəkənlər Vardanyanın məhkəməsində danışdılar

Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə ilə...

"Atam öz cinayətini yüngülləşdirmək üçün "namus" ifadəsini ortaya atıb"

Ötən gün Qobustan rayonunda baş verən qətl hadisəsi zamanı 2001-ci il təvəllüdlü kənd sakini Günel Rasim qızı Ağabəyli yaşadığı evdə qətlə yetirilib.   ...

Azərbaycanda kino istehsalına yeni dövlət dəstəyi

Prezident İlham Əliyevin 2025-ci il 29 may tarixli 610 nömrəli Sərəncamının icrası çərçivəsində, Nazirlər Kabineti tərəfindən ölkəmizdə ilk dəfə olaraq &ld...

Əli Əsədov Pakistan Milli Assambleyasının sədri ilə görüşdü

Azərbaycanın Baş naziri Əli Əsədov iyulun 8-də ölkədə rəsmi səfərdə olan Pakistan Milli Assambleyasının sədri Sərdar Ayaz Sadiqin başçılıq etdiyi nümayəndə heyə...

Tatlısəs 100 mənzildən ibarət bina tikdirir

Türkiyəli müğənni İbrahim Tatlısəs daşınmaz əmlaklarının sayını artırır.   Sfera.az xəbər verir ki, ifaçı 100 mənzildən ibarət bina tikdirməyə başlay...

Nazir ona yüksək vəzifə verdi

Vasif Qurbanzadə Mədəniyyət Nazirliyinin Kitab sənayesi şöbəsinə müdir təyin edilib.   Sfera.az bildirir ki, bununla bağlı mədəniyyət naziri Adi...