"Azərbaycanla müharibə yox, sülh olacaq"- Paşinyan

"Azərbaycanla müharibə yox, sülh olacaq"- Paşinyan

Ermənistanın baş naziri Nikol Paşinyan 9 May – Faşizm üzərində Qələbə Günü münasibətilə xalqa müraciətində regionda sülhün bərqərar olacağına dair nikbin mesajlar verib. 

 

Sfera.az xarici mediaya istinadən xəbər verir ki, onun sözlərinə görə, Ermənistan Respublikası azadlıq, demokratiya və sülh yolunda irəliləyir və bu istiqamətdə qətiyyətlidir.

 

“Bu gün bizim regionumuzun dinc və firavan gələcəyinə töhfə vermək imkanımız var. Ermənistanla Azərbaycan arasında sülh və dövlətlərarası münasibətlərin qurulmasına dair saziş layihəsi artıq qəbul edilib və imzanı gözləyir. Biz bu yolla gedəcəyik,” – Paşinyan vurğulayıb.

 

Baş nazir bütün daxili və xarici təxribatlara baxmayaraq, Ermənistan ilə Azərbaycan arasında müharibə olmayacağına, əvəzində sülhün bərqərar olacağına əminliyini ifadə edib.

 

O, həmçinin bildirib ki, bu yol asan olmasa da, onu sona qədər getməyə dəyər: “Bu yolda inam, sağlam düşüncə, ardıcıllıq, cəsarət və dürüstlük lazımdır. Özünü və tarixini tanımaq, tariximizin bizə göndərdiyi mesajları oxumaq və anlamaq bacarığı vacibdir”.

 

Paşinyan əlavə edib ki, Ermənistanın tarixini yenidən oxuyaraq belə qənaətə gəlib: tarixi Ermənistan deyil, əsl Ermənistan üzərində dayanmaq daha doğrudur.

 

Fidan Hacızadə
Sfera.az

 


OXŞAR XƏBƏRLƏR

Oğlan valideynləri qız gözləyirdilər: Baş verəcəklərə hazır deyildilər

Artıq üç oğul böyüdən 32 yaşlı Delaver sakini (ABŞ) Lindsi Wiley dördüncü dəfə hamilə qalmaq qərarına gəlib - bu dəfə ailənin çoxdan gözlənilən qızı olacağı ümi...

"Dost ana-atadan üstündür"

"Sənətdə rəqabət var deyə, dostluq bir az müəmmalıdır. Çünki hamı öndə olmaq, daha yaxşısını etmək istəyir. Amma dost üçün fərq etmir kim öndədədir. Əsas o...

Sahibi izsiz şəkildə yoxa çıxıb: 1 milyonlu malikanə aşkar edildi

Londonun kənarındakı tərk edilmiş malikanə ora baş çəkməyi bacaranlarda təxəyyülü həyəcanlandırır və həqiqi emosiyalar oyadır.   Ev demək olar ki, ta...

Azərbaycana Qərbi Avropadan turist axını kəskin artdı

Bu ilin iyun ayında Azərbaycana Qərbi Avropa ölkələrindən 10 073 turist ziyarət edib, bu isə ötən ilin eyni ayı ilə müqayisədə 19 % çoxdur.   Sfera.a...

Emin Ağalarov bunu da etdi: Bakı səmasında ağlasığmaz görüntülər - VİDEO

Tanınmış iş adamı və müğənni Emin Ağalarov “Sea Breeze” layihəsinin davamı kimi nəzərdə tutulan yeni “Süni Ada” layihəsini qeyri-adi for...

Məzuniyyətə gələn əsgəri maşın vurub xəstəxanalıq etdi

Qubada məzuniyyətə gələn əsgəri avtomobil vurub.   Sfera.az xəbər verir ki, hadisə rayonun Rustov kəndi ərazisində baş verib.   Belə ki, h...