Qafqaz Universitetinin verdiyi diplomlar tanınacaq - RƏSMİ AÇIQLAMA

Qafqaz Universitetinin verdiyi diplomlar tanınacaq - RƏSMİ AÇIQLAMA

Qafqaz Universitetini bitirənlərin diplomlarının zərbaycandatanınmasında problem olmayacaq.

 

Sfera.az xəbər verir ki, bunu APA-ya Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinin Ali, orta ixtisas və əlavə təhsil sektorunun müdiri Sülhəddin Gözəlov bildirib. O qeyd edib ki, universitetin diplomlarının tanınmaması məsələsi Azərbaycana aid deyil: "Düşünürəm ki, Azərbaycanda bu məsələ ilə bağlı ciddi problem olmayacaq. Eyni zamanda, vurğulamaq istərdim ki, hazırda təhsil alan tələbələrin təhsili məsələsi də müsbət həllini tapıb. Çünki onlar təhsillərini bitirdikdə artıq yeni bir universitetin məzunu olacaqlar və diplomların tanınması ilə bağlı heç bir problem olmayacaq. Bu da tələbələr üçün müsbət bir haldır". 

Nazirlik rəsmisi vurğulayıb ki, Qafqaz Universitetində təhsil alan tələbələr 2016/2017-ci tədris ilinin II-yaz semestrindən etibarən Bakı Mühəndislik Universitetinin tələbələri hesab olunacaq və təhsillərini davam etdirəcəklər: "Təhsillərini Bakı Mühəndislik Universitetində davam etdirmək istəməyən tələbələrin müraciətinə isə tədris ili başa çatandan sonra baxılacaq. Düşünürəm ki, belə istəkdə olan tələbələrin sayıl çox az olacaq. Çünki Bakı Mühəndislik Universitetində tələbələrin təhsillərini yüksək səviyyədə davam etdirməsi üçün bütün şərait yaradılacaq".
 
Qeyd edək ki, Türkiyə Ali Təhsil Şurasının (YÖK) qərarı ilə Qafqaz Universitetindən məzun olan tələbələrin diplomları Türkiyədə tanınmayacaq. 2016-2017-ci tədris ilində Qafqaz Universitetinə qəbul olunan tələbələr məzun olduqdan sonra (yəni 4 il sonra) onların diplomları normal qaydada tanınacaq.


OXŞAR XƏBƏRLƏR

Qədim sivilizasiyaların sirləri: Əsrarəngiz Himalay qüllələrini kim və nə üçün tikib?

Çinin cənub-qərbindəki təcrid olunmuş dağlıq ərazilərdə daş qüllələr əsrlər boyu dayanıb, qeyri-adi dizaynı və naməlum mənşəyi ilə alimləri çaşdırır. Hündürlüyü...

Pərviz İbadullayevə SOCAR-da yüksək VƏZİFƏ VERİLDİ

Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) yeni təyinat olub.   Sfera.az-ın məlumatına görə, Pərviz Ramiz oğlu İbadullayev 2025-ci il mayın 2-dən etiba...

"Avroviziya" təmsilçilərimizin səhnə şousu belə olacaq -VİDEO

Xəbər verdiyimiz kimi, "Avroviziya 2025"də ölkəmizi təmsil edəcək "Mamagama" qrupu yarışmanın keçiriləcəyi məkanda növbəti məşqini...

Prezident Qələbə Günü ilə bağlı paylaşım etdi- FOTO

Azərbaycan Prezidenti İlham Əliyev sosial şəbəkə hesablarında 9 May – Faşizm üzərində Qələbə Günü münasibətilə paylaşım edib.   Sfera.az paylaş...

Azərbaycanda Qələbə Günü qeyd olunur

Bu gün alman faşizmi üzərində tarixi qələbədən 80 il keçir.   Sfera.az xəbər verir ki, faşizm üzərində qələbə Azərbaycanda da rəsmi dövlət bayramı ki...

Qramla satılan ətirlər ciddi problemlərə səbəb ola bilər - VİDEO

Qramla satılan parfümlər insan sağlamlığı üçün fəsadlar yarada bilər.   Mütəxəssislər bununla bağlı xəbərdarlıq edirlər.   Sfera.az-ın məl...