ADNSU-da Vyetnamın ilk Prezidentinə həsr edilən Memorial otağın açılışı olub

ADNSU-da Vyetnamın ilk Prezidentinə həsr edilən Memorial otağın açılışı olub

Mayın 8-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Vyetnamın görkəmli siyasi xadimi, ilk Prezidenti Ho Şi Minin anadan olmasının 135 illiyinə həsr olunmuş və Vyetnam-Azərbaycan əməkdaşlığını əks etdirən Memorial otağın açılış mərasimi keçirilib.


Sfera.az xəbər verir ki, tədbir Azərbaycan ilə Vyetnam arasında tarixi dostluq münasibətlərinin və enerji sahəsində əməkdaşlığın rəmzi olaraq təşkil olunub. Mərasimdə energetika naziri Pərviz Şahbazov, elm və təhsil naziri Emin Əmrullayev, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru, dosent Rüfət Əzizov, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktoru Ülkər Səttarova, SOCAR-ın vitse-prezidenti Kənan Nəcəfov, Energetika Nazirliyinin Aparat rəhbəri Zaur Məmmədov, həmçinin hər iki ölkənin dövlət və hökumət rəsmiləri, elm və təhsil sahəsinin nümayəndələri, eləcə də ali təhsil müəssisəsinin professor-müəllim heyəti və tələbələri iştirak ediblər.


Vyetnam Sosialist Respublikası Kommunist Partiyasının Mərkəzi Komitəsinin Baş katibi To Lam, Azərbaycan Respublikasının energetika naziri Pərviz Şahbazov, “PetroVietnam” şirkətinin Müşahidə Şurasının sədri Le Mahn Hung çıxış edərək Azərbaycan-Vyetnam münasibətlərinin tarixi əsaslarından, enerji sahəsindəki birgə layihələrdən və Ho Şi Minin siyasi irsinin bu münasibətlərə təsirindən danışıblar.


Çıxışlar zamanı Ho Şi Minin xalqlar arasında dostluğun və həmrəyliyin təşəkkülündə oynadığı rol vurğulanıb. Ardınca Memorial otağın açılışı olub.
Memorial otağın ekspozisiyasında Ho Şi Minin həyat və fəaliyyətini əks etdirən materiallar, eləcə də Azərbaycan ilə Vyetnam arasında neft və qaz sənayesində əməkdaşlığa dair tarixi sənədlər yer alıb.


Tədbir çərçivəsində otağa baxış keçirilib, nümayəndələr birgə xatirə şəkli çəkdiriblər. Sonda tədbirin əhəmiyyəti vurğulanaraq belə təşəbbüslərin iki ölkə arasında əlaqələrin daha da möhkəmlənməsinə töhfə verdiyi bildirilib.

 


OXŞAR XƏBƏRLƏR

"Komedixana"nın aktrisasına verilən sual müzakirələr yaratdı - VİDEO

Aktrisa Xəyalə Quliyevanın kulis görüntüsü yayılıb.   Sfera.az- xəbər verir ki, ona "Qız atası" serialının çəkiliş komandasının üzvünü...

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının Zirvə görüşü keçirilib

2025-ci il iyulun 4-də düşmən işğalından azad edilmiş qədim Azərbaycan torpağı olan Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçir...

“Sumqayıt”ın yeni baş məşqçisi məlum oldu

"Sumqayıt"ın yeni baş məşqçisinin adı məlum olub.   Sfera.az xəbər verir ki, bu, serbiyalı mütəxəssis Saşa İliçdir.   47 yaşlı m...

Azərbaycan ABŞ-a başsağlığı verdi

Azərbaycan Xarici İşlər Nazirliyi ABŞ-ın Texas ştatında daşqınlar nəticəsində ölənlərlə bağlı başsağlığı verib.   Sfera.az xəbər verir ki, bu ba...

"Ərimi güdüb, yaxud soyunub gündəm olmamışam"

Foto model və müğənni Müjgan Ayxan maraqlı açıqlama verib.   Sfera.az xəbər verir ki, "Maqazin Plus"a müsahibə verən ifaçı iddialı danışıb....

Xankəndi Konqres Mərkəzində 12 nəfər işlə təmin edilib - FOTO

İşğaldan azad olunmuş torpaqlarımızın dirçəldilməsi istiqamətində Azərbaycan dövlətinin həyata keçirdiyi layihələr ardıcıl və sürətlə davam edir. Belə layihələr...