Hindistan Azərbaycandan idxalı dayandırıb - Bu, ölkəmizin ixracına necə təsir edəcək?

Hindistan Azərbaycandan idxalı dayandırıb - Bu, ölkəmizin ixracına necə təsir edəcək?

Pakistanın Azərbaycandakı səfiri Qasim Mohiuddin keçirdiyi mətbuat konfransında bildirib ki, Hindistan Azərbaycandan mal idxalını dayandırıb. Səfir Hindistanın bu addımının yanlış olduğunu söyləyib.


Qeyd edək ki, Hindistan coğrafi baxımdan Azərbaycandan uzaqda yerləşsə də iki ölkə arasında ticarət dövriyyəsi böyükdür. 


Sfera.az bildirir ki, Azərbaycan ilə Hindistan arasındakı ticarət dövriyyəsi 2024-cü ildə 957 milyon dollar təşkil edib ki, bu da qarşılıqlı iqtisadi əlaqələrin müəyyən qədər fəal olduğunu göstərir. Azərbaycan Hindistana 734 milyon dollarlıq mal satıb, əvəzində Hindistandan 223 milyon dollarlıq mal alıb.  

 

Lakin bu ticarət dövriyyəsinin strukturuna baxdıqda asimmetriya müşahidə olunur. Belə ki, Azərbaycanın Hindistana ixrac etdiyi malların (734 milyon dollar)  99%-dən çoxu (730 milyon dollar) neft və neft məhsullarıdır. 

 

Azərbaycan Hindistandan isə 223 milyon dollarlıq məhsul idxal edib, bunun əsas hissəsini düyü təşkil edib, bu isə Azərbaycanın ümumi idxalının yalnız 1%-ni təşkil edir. Üstəlik, 2025-ci ilin ilk rübündə düyü idxalı 7% azalıb ki, bu da daxili tələbatın azalması ilə izah oluna bilər.

 

Hindistanın Azərbaycandan idxal olunan mallara qadağa qoymasın əsas hədəfi isə neft məhsulları ola bilər. Əgər Hindistan Azərbaycanın neftinə alternativ tapsa və idxalını məhdudlaşdırırsa, bu, Azərbaycan üçün müəyyən gəlir itkisi yarada bilər. Lakin qeyd edilməlidir ki, Azərbaycanın əsas neft ixrac bazarları Hindistanla məhdudlaşmır – əsas alıcılar Avropa ölkələridir. Bu baxımdan, Hindistan bazarının itirilməsi iqtisadiyyat üçün ciddi zərbə olmasa da, əlavə gəlir imkanlarının itməsi deməkdir. Neft ixracı istiqamətində itki olsa da, alternativ bazarların olması bu riski azaldır. Bundan əlavə, Hindistanın idxal etdiyi məhsullar neft kimi yüksək dəyərli olsa da, bu ticarət əlaqəsi Azərbaycanın ümumi ixracında yüksək paya malik deyil.

 

Ümumilikdə, Hindistanın qoyduğu qadağanın Azərbaycan iqtisadiyyatına təsiri məhdud olacaq, lakin bu, daha geniş regional və diplomatik çərçivədə qiymətləndirilməli addımdır. Azərbaycanın gələcəkdə ticarət tərəfdaşlarını diversifikasiya etməsi və ixrac strukturunu genişləndirməsi strateji əhəmiyyət daşıyır.

 

Firuzə Əliyeva
Sfera.az


OXŞAR XƏBƏRLƏR

Tramp PAYLAŞIM ETDİ: “İranın bütün nüvə obyektləri məhv edilib”

“ABŞ qüvvələri tərəfindən həyata keçirilən əməliyyat nəticəsində İranın yer altında yerləşən nüvə obyektlərinə maksimum zərər vurulub”.   ...

Bakının bəzi yollarında tıxac yaranıb - SİYAHI

Bakının bir sıra yollarında tıxac yaranıb.   Sfera.az xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.   ...

Hazır qəhvədə gizli təhlükə: KORLUQ YARADA BİLƏR

Hubey Universitetinin (Çin) alimləri müəyyən ediblər ki, hazır qəhvənin müntəzəm istehlakı qocalıqda görmə qabiliyyətinin pisləşməsi riskinin artması ilə əlaqəl...

Onlayn alış-veriş edənlərə XƏBƏRDARLIQ - VİDEO

Son vaxtlar onlayn alış-veriş zamanı dələduzluq halları artmaqdadır. Xüsusilə geyim almaq istəyən alıcılar tez-tez aldadıldıqlarını bildirirlər.   Sf...

Dövlət Departamentindən amerikalılara çağırış: "Ayıq olun..."

ABŞ Dövlət Departamenti ölkə vətəndaşlarını Yaxın Şərqdəki vəziyyət fonunda dünyada artan anti-Amerika əhval-ruhiyyəsi fonunda ayıq-sayıq olmağa çağırıb. &nb...

İrandakı hadisələr Azərbaycanda turizmə təsir edəcəkmi? - VİDEO

İran-İsrail münaqişəsinin iqtisadi fəsadları ən çox turizm sahəsində hiss olunur.   Sfera.az ATV-yə istinadən xəbər verir ki, hər iki ölkəyə uçuşlar ...