ABŞ müdafiə nazirinin şifrələri internetə sızdırıldı

ABŞ müdafiə nazirinin şifrələri internetə sızdırıldı

ABŞ Müdafiə Naziri Pit Heqset daha əvvəl Yəmənə hücum planlarını "Signal" qrupunda paylaşması ilə gündəmə gəldikdən sonra bu dəfə şifrələrinin internetə sızması ilə təhlükəsizlik qalmaqalının mərkəzinə düşüb.

 

Sfera.az xəbər verir ki, “The New York Times” qəzetinin məlumatına görə, Heqsetin müxtəlif internet saytlarında qeydiyyatdan keçmək üçün istifadə etdiyi bir neçə şifrə, bu saytlara edilən kiber hücumlar nəticəsində ələ keçirilib və internetdə yayımlanıb.

 

Bu sızma, Heqsetin şəxsi cihazlarında hərbi məlumat paylaşması ilə bağlı yeni suallar doğurub.


Bildirilib ki, sözügedən şifrələr bank hesabları kimi yüksək həssaslığa malik sistemlər üçün istifadə edilməsə də, ən azı bir şifrə bir neçə şəxsi e-poçt hesabında təkrar istifadə olunub. Mütəxəssislər bu vəziyyətin, hakerlərin bir hesab vasitəsilə digər şifrə və hesabları da ələ keçirməsinə yol aça biləcəyini bildirir.


Xəbərdə qeyd olunur ki, Heqset bir çox amerikalı kimi, yadda saxlamağı asanlaşdırmaq üçün eyni və sadə şifrə kombinasiyalarından istifadə edib. Sızan şifrələrdən biri daha əvvəl, 2017 və 2018-ci illərdə də iki dəfə ifşa olunub. Həmin şifrənin hərflər və rəqəmlərdən ibarət sadə bir quruluşda olduğu və ehtimal ki, şəxsi məlumatlara əsaslandığı bildirilib.


Nazirin bu şifrələri dəyişdirib-dəyişdirmədiyi və ya bunun “Signal” qalmaqalından əvvəl baş verib-vermədiyi hələlik dəqiqləşməyib.


Kiber təhlükəsizlik mütəxəssisləri, Heqsetin telefon nömrəsinin asanlıqla əldə oluna bilməsinin onu hakerlər və xarici kəşfiyyat qurumları üçün asan hədəfə çevirdiyini vurğulayın. Onların sözlərinə görə, “Signal” mesajları internet üzərindən şifrələnmiş şəkildə göndərilsə də, əgər cihazda zərərli proqram varsa, yazışmalar ələ keçirilə bilər.


Hadisə ABŞ Müdafiə Nazirliyində yüksək vəzifəli şəxslərin şəxsi cihazlardan istifadəsi ilə bağlı təhlükəsizlik tədbirlərinin ciddi şəkildə yenidən nəzərdən keçirilməsini gündəmə gətirib.


Bəsti Rəfizadə
Sfera.az


OXŞAR XƏBƏRLƏR

"Komedixana"nın aktrisasına verilən sual müzakirələr yaratdı - VİDEO

Aktrisa Xəyalə Quliyevanın kulis görüntüsü yayılıb.   Sfera.az- xəbər verir ki, ona "Qız atası" serialının çəkiliş komandasının üzvünü...

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının Zirvə görüşü keçirilib

2025-ci il iyulun 4-də düşmən işğalından azad edilmiş qədim Azərbaycan torpağı olan Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçir...

“Sumqayıt”ın yeni baş məşqçisi məlum oldu

"Sumqayıt"ın yeni baş məşqçisinin adı məlum olub.   Sfera.az xəbər verir ki, bu, serbiyalı mütəxəssis Saşa İliçdir.   47 yaşlı m...

Azərbaycan ABŞ-a başsağlığı verdi

Azərbaycan Xarici İşlər Nazirliyi ABŞ-ın Texas ştatında daşqınlar nəticəsində ölənlərlə bağlı başsağlığı verib.   Sfera.az xəbər verir ki, bu ba...

"Ərimi güdüb, yaxud soyunub gündəm olmamışam"

Foto model və müğənni Müjgan Ayxan maraqlı açıqlama verib.   Sfera.az xəbər verir ki, "Maqazin Plus"a müsahibə verən ifaçı iddialı danışıb....

Xankəndi Konqres Mərkəzində 12 nəfər işlə təmin edilib - FOTO

İşğaldan azad olunmuş torpaqlarımızın dirçəldilməsi istiqamətində Azərbaycan dövlətinin həyata keçirdiyi layihələr ardıcıl və sürətlə davam edir. Belə layihələr...