Ermənistanın yeni Konstitusiyası hazırlanır

Ermənistanın yeni Konstitusiyası hazırlanır

Ermənistanın yeni Konstitusiyasının mətni hazırlanma mərhələsindədir.

 

Sfera.az xəbər verir ki, bunu Ermənistan Respublikasının ədliyyə naziri Srbui Qalyan parlamentdə jurnalistlərə açıqlamasında deyib.

 

"Yeni Konstitusiyanın mətni hazırlanma mərhələsindədir, mətni yaxın vaxtlarda şura üzvləri ilə müzakirə edəcəyik. Müxtəlif variantları müzakirə edirik, amma mətn hələ işlənmə mərhələsindədir. Mən həmişə qeyd edirəm ki, mətn 10 ay ərzində hazır olacaq", - nazir bildirib. 

 

Nazir yeni Konstitusiyanın nə vaxt referenduma çıxarılacağını isə açıqlamayıb: "Mətn hazır olanda biz təbii ki, ayrı-ayrı konseptual müddəaları ictimaiyyətə təqdim edəcəyik və nədən danışdığımızı çox ətraflı müzakirə edəcəyik.

Yeni Konstitusiyanın mətnini pərdə arxasında saxlamaq üçün heç bir səbəb və fürsət yoxdur. İnsanlar məndən soruşur ki, niyə demirsən? Mən həmişə deyirəm, əlbəttə ki, biz deyəcəyik, çünki sonda xalq Yeni Konstitusiyanın qəbuluna lehinə və ya əleyhinə səs verəcək". 

 

Qalyan  müstəqillik aktının Konstitusiyanın yeni mətnindən çıxarılmasının mümkün olub-olmaması ilə bağlı suala da cavab verib:

 

"Müxtəlif variantları nəzərdən keçiririk, lakin mətn hələ hazırlanma mərhələsindədir. Bizim bir yanaşmamız var və bu yanaşma çərçivəsində müxtəlif standartlar üzrə müzakirələr aparılır. Mətn konkretləşəndə onu sizinlə paylaşacağıq".

 

O, həmçinin əlavə edib ki, müxalifət nümayəndələri bu müzakirələrdə iştirak etmirlər.

 

Xatırladaq ki, Ermənistanın Baş naziri Nikol Paşinyan bu ilin aprel ayında verdiyi açıqlamalarda yeni konstitusiya layihəsində Azərbaycana ərazi iddiasını nəzərdə tutan müstəqillik aktına istinadın olmayacağını vurğulayıb.

 

Qeyd edək ki, Bakı ilə İrəvan arasında 17 paraqrafdan ibarət sülh müqaviləsinin mətni tam razılaşdırılıb.

 

Rəsmi Bakı sülh müqaviləsinmin imzalanması üçün Ermənistan qarşısında iki şərt irəli sürüb: ATƏT-in Minsk qrupunun ləğv edilməsinə razılıq verilməsi və yeni konstitusiyada müstəqillik aktına istinadın çıxarılması.

 

Firuzə Əliyeva
Sfera.az


OXŞAR XƏBƏRLƏR

Dövlət Departamenti: Ukrayna ilə bağlı qərarları Moskva və Kiyev verməlidir

Rusiya-Ukrayna münaqişəsinin həlli ilə bağlı qərarları Moskva və Kiyev danışıqlar masası arxasında qəbul etməlidir. Hərçənd ABŞ-nin bu məsələdə öz tələbləri var...

Niyə vəhşi heyvanlar safari maşınlarına hücum etmir?

Safari zamanı açıq nəqliyyat vasitəsi ilə yırtıcılara bu qədər yaxınlaşmaq ilk baxışdan çox təhlükəli görünə bilər. Ancaq əslində vəhşi təbiətdə belə turlar təə...

Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür

Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür.   Sfera.az xatırladır ki, 1950-ci il iyunun 1-də BMT Baş Assambleyasının təşkilatçılığı ilə keçirilən ...

Bu qız “Dünya gözəli” seçildi

Tailandlı Suçata Çuanqsri "Miss World" gözəllik müsabiqəsinin qalibi olub. Sfera.az xəbər verir ki, müsabiqənin final mərhələsi Hindistanın ...

Bu sürücülər cərimələndi - VİDEO

Avtomobillərdən atmosferə atılan zərərli tullantıların ətraf mühitə, eləcə də insan sağlamlığına vurduğu zərərin qarşısının alınması məqsədilə Göyçay Rayon Poli...

Fidan münaqişəyə son qoymaq üçün avropalı nazirlərə zəng etdi

Türkiyə və Böyük Britaniyanın xarici işlər nazirləri Hakan Fidan və Jan-Noel Barrot Rusiya-Ukrayna münaqişəsinə son qoymaq üçün atılan addımları müzakirə ediblə...