Paşinyanın reytinqi azaldı

Paşinyanın reytinqi azaldı

"Ermənistan Baş naziri Nikol Paşinyanın reytinqi əvvəlki aylara nisbətən geriləyib". 

 

Sfera.az xəbər verir ki, bunu siyasi ekspert Məhəmməd Əsədullazadə deyib.

 

Onun sözlərinə görə, xüsusilə, Gümrüdə müxalifətin mer seçkilərində qalib olması 2026-ci il seçkilərində ciddi problemlərlə üzləşə bilər:

 

“Gümrüdə kommunist partiyası mer seçkilərində qalib gəlib. Bu onu göstərir ki, N. Paşinyanın partiyası Ermənistanın ikinci böyük şəhərində məğlub olub. "Gallub" şirkətinin keçirdiyi sorğulara uyğun olaraq "Mülki müqavilə" partiyası 11,5 faiz, Robert Koçaryanın lideri olduğu “Ermənistan” bloku 8% səs toplayıb. Serj Sarkisyanın lideri olduğu “Şərəfim var” bloku  3,7 faiz səslə müxalifətdən cüzi olaraq üstünlük əldə edib.

 

Müxalifət fəaliyyətini genişləndirib. Rusiya Ermənistanda müxalifətə ciddi siyasi dəstək verir.  Lakin müxalifətin birləşməməsi N. Paşinyanın şanslarını artırır. R. Koçaryan və S. Sarkisyan partiyalarının arasında fikir ayrılıqları var. Tərəflərin ayrı-ayrılıqda seçkilərə getməsi gözlənilir”. 

 

M.Əsədullazadə qeyd edib ki, əgər, müxalifət dağınıq halda seçkiyə gedəcəksə, Paşinyanın növbəti seçkilərdə qələbə əldə etməsi mümkündür.

 

Firuzə Əliyeva

Sfera.az
 


OXŞAR XƏBƏRLƏR

Dövlət Departamenti: Ukrayna ilə bağlı qərarları Moskva və Kiyev verməlidir

Rusiya-Ukrayna münaqişəsinin həlli ilə bağlı qərarları Moskva və Kiyev danışıqlar masası arxasında qəbul etməlidir. Hərçənd ABŞ-nin bu məsələdə öz tələbləri var...

Niyə vəhşi heyvanlar safari maşınlarına hücum etmir?

Safari zamanı açıq nəqliyyat vasitəsi ilə yırtıcılara bu qədər yaxınlaşmaq ilk baxışdan çox təhlükəli görünə bilər. Ancaq əslində vəhşi təbiətdə belə turlar təə...

Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür

Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür.   Sfera.az xatırladır ki, 1950-ci il iyunun 1-də BMT Baş Assambleyasının təşkilatçılığı ilə keçirilən ...

Bu qız “Dünya gözəli” seçildi

Tailandlı Suçata Çuanqsri "Miss World" gözəllik müsabiqəsinin qalibi olub. Sfera.az xəbər verir ki, müsabiqənin final mərhələsi Hindistanın ...

Bu sürücülər cərimələndi - VİDEO

Avtomobillərdən atmosferə atılan zərərli tullantıların ətraf mühitə, eləcə də insan sağlamlığına vurduğu zərərin qarşısının alınması məqsədilə Göyçay Rayon Poli...

Fidan münaqişəyə son qoymaq üçün avropalı nazirlərə zəng etdi

Türkiyə və Böyük Britaniyanın xarici işlər nazirləri Hakan Fidan və Jan-Noel Barrot Rusiya-Ukrayna münaqişəsinə son qoymaq üçün atılan addımları müzakirə ediblə...