Elmar Məmmədyarov: "Moskvadakı danışıqların yekununu nikbinliklə qəbul edə bilmərəm"

Elmar Məmmədyarov:

"Moskvadakı danışıqların yekununu nikbinliklə qəbul edə bilmərəm".

Sfera.az Trend-ə istinadən xəbər verir ki, bunu jurnalistlərə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov deyib.

O qeyd edib ki, Rusiya üç ölkənin xarici işlər nazirləri səviyyəsində görüş təşkil etməyə çalışır: "Azərbaycan bu görüşə razılığını verib".

Nazir bildirib ki, fevralın 17-19-da Münhendə keçiriləcək Münhen Təhlükəsizlik Konfransında ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşü planlaşdırılır.

Qeyd edək ki, yanvarın 24-də E.Məmmədyarov Rusiya tərəfinin təşəbbüsü əsasında Moskvaya işgüzar səfəri çərçivəsində RF xarici işlər naziri Sergey Lavrovla görüşüb. Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli məsələləri ətraflı müzakirə olunub. Prezidentlərin Vyana və Sankt-Peterburq görüşlərində qaldırılan məsələlər üzrə geniş fikir mübadiləsi aparılıb.


OXŞAR XƏBƏRLƏR