İstilər bu ölümcül xəstəliyin yayılmasına səbəb olacaq - İddia

İstilər bu ölümcül xəstəliyin yayılmasına səbəb olacaq - İddia

Mançester Universitetində aparılan yeni elmi araşdırma qlobal istiləşmənin insan sağlamlığı üçün daha bir ciddi təhlükə yaratdığını üzə çıxarıb. Alimlər bildirirlər ki, hal-hazırda əsasən isti iqlimlərdə rast gəlinən ölümcül “Aspergillus fumigatus” göbələk növü qlobal istiləşmə nəticəsində Avropa və Asiya kimi bölgələrə də yayılacaq.


Sfera.az xəbər verir ki, alimlər bu göbələyin insanlarda ağır tənəffüs sistemi xəstəliklərinə səbəb olduğunu, xüsusilə immun sistemi zəif və xroniki ağciyər xəstələri üçün həyati təhlükə yaratdığını qeyd edirlər.


Araşdırmanın müəlliflərindən olan professor Norman van Rhijn bildirib ki, göbələk infeksiyalarının müalicəsi son dərəcə çətindir və bu səbəbdən yayılmanın qarşısını almaq üçün təcili tədbirlərə ehtiyac var:


“Əgər qlobal istiləşmə bu templə davam etsə, 2100-cü ilə qədər bu göbələk növünün yayılma arealı 77 faiz artacaq”.


Araşdırmada o da qeyd olunub ki, sözügedən prosesin miqyası əsasən istixana qazlarının atmosferə buraxılmasından asılıdır.


Tədqiqatın nəticələrinə əsasən, yalnız Avropa qitəsində təxminən 9 milyon insan bu göbələk infeksiyasının birbaşa təsirinə məruz qala bilər.
Mütəxəssislər artıq indi ciddi monitorinq sistemlərinin qurulması və səhiyyə sisteminin potensial epidemiyalara qarşı hazır vəziyyətə gətirilməsi üçün tədbirlərin görülməsini tövsiyə edirlər.


Bəsti Rəfizadə
Sfera.az


OXŞAR XƏBƏRLƏR

Rusiyanın beş qonşusu Ottava Konvensiyasından çıxır

Estoniya, Latviya, Litva, Finlandiya və Polşa Mina Qadağası Müqaviləsindən çıxaraq mülki şəxsləri uzunmüddətli təhlükə ilə üz-üzə qoyub.   Sfera.az x...

Külək, yağış, şimşək... - Bu günün hava proqnozu

İyulun 2-də Azərbaycanın bəzi yerlərində güclü külək əsəcək, yağış yağacaq, şimşək çaxacaq.   Bu barədə Sfera.az-a Milli Hidrometeorologiya Xidmətind...

Son 1 ildə neçə qohum evliliyi qeydə alınıb?

Ötən il iyulun 23-dən 2025-ci il iyulun 1-dək 2599 qohum nikahı qeydə alınıb.   Sfera.az xəbər verir ki, bu barədə Report-un sorğusuna cavab olaraq Ə...

Məhkəmə qadının ətəyini cinayət silahı kimi müsadirə etdi - TƏFƏRRÜATLAR

Finlandiyada oğurluqda təqsirləndirilən iki qaraçı qadının ətəkləri cinayət silahı sayıldıqları üçün müsadirə edilib.   Sfera.az xəbər verir ki, 2023...

Məşhur bloqqer oğurlanan qiymətli əşyalarını 1 il sonra geri qaytardı

Videobloqqer və keçmiş hərbçi, Lord Miles kimi tanınan Miles Routledge ötən il BƏƏ-yə səfəri zamanı əvvəllər itirilmiş simsiz qulaqlıqlarını tapa bilib. Əzmkarl...

Şıxlinskinin azadlığa çıxması üçün o xahiş edib -FOTO

Xəbər verdiyimiz kimi, Yekaterinburqda saxlanılan Azərbaycan diaspor lideri Şahin Şıxlinski azadlığa buraxılıb.   Sfera.az xəbər verir ki, Yeni ...