Ələt-Astara yolunda əməliyyat: saxlanılan var


Ələt-Astara yolunda əməliyyat: saxlanılan var

Polis əməkdaşlarının Ələt-Astara magistral yolunda həyata keçirdikləri əməliyyat zamanı narkotik maddələrin qanunsuz dövriyyəsində şübhəli bilinən əvvəllər məhkum olunmuş 28 yaşlı A.Əsgərov saxlanılıb. Onun idarə etdiyi “Şevrolet” markalı avtomobilə baxış zamanı 7 kiloqram marixuana və metamfetamin aşkar olunaraq götürülüb.

 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Sfera.az-a bildirilib ki, polisin daxil olan əməliyyat məlumatı əsasında Sumqayıt şəhərində keçirdiyi növbəti tədbir zamanı isə əvvəllər dəfələrlə məhkum olunmuş 46 yaşlı R.Məmmədxanlı saxlanılıb.

 

Ondan 8 ədəd psixotrop tərkibli metadon həbi aşkarlanaraq götürülüb. Saxlanılan şəxsin yaşadığı evə baxış zamanı marixuana, heroin, metamfetamin və psixotrop tərkibli metadon həbləri də aşkarlanıb.

 

Faktlarla bağlı araşdırma aparılır.


OXŞAR XƏBƏRLƏR

Tramp İrana təşəkkürünü bildirib

ABŞ Prezidenti Donald Tramp İranı Qətərdəki aviabazaya planlaşdırılan hücum barədə vaxtında xəbərdarlıq etdiyinə görə təşəkkür edib.   Sfera.az xəbər...

Rusiyada ayı hücumu: Ölənlər yaralananlar var

Rusiyanın Yujno-Saxalinsk bölgəsində meşəçilər meşə massivində dörd nəfərə hücum edən ayını axtarırlar.   Sfera.az-ın xəbərinə görə, bu barədə ASTV t...

Ərinin qoyduğu qanunlara görə uşaqları ilə birlikdə çayda boğulan kraliça

1960-cı ildə Taylandda yaşayan Kraliça Sunandha 19 yaşında iki uşaq dünyaya gətirərək ana olub.    Sfera.az bu dəfə həyat yoldaşı və onun qoyduğ...

Ərdoğan Niderlanda gedir - NATO zirvəsində iştirak edəcək

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sabah Niderlanda gedəcək.   Sfera.az xəbər verir ki, bu barədə Türkiyə Prezident Adminmistrasiyasının İctimai...

Milyonlardan imtina edirlər: Ailənin satmaq istəmədiyi evdə nə gizlənir?

Milyonları rədd edən bir ailənin malikanəsində gözlənilməz tapıntı insanları heyrətə gətirib.   Sfera.az bildirir ki, Sidneyin ətrafında yerləşən Zammi...

Bakıdan uçan bir sıra reyslərin marşrutu dəyişdi

Yaxın şərq ölkələrinin hava məkanında tətbiq edilən müvəqqəti məhdudiyyətlər səbəbindən, 23 iyun 2025-ci il tarixində Heydər Əliyev Beynəlxalq Aeroportundan hav...