WABetaInfo-nun Twitter səhifəsində WhatsApp messencerinin yeni funksiyaları sızdırılıb

WABetaInfo-nun Twitter səhifəsində WhatsApp messencerinin yeni funksiyaları sızdırılıb

WABetaInfo-nun Twitter səhifəsində WhatsApp messencerinin yeni funksiyaları sızdırılıb.

Sfera.az technote.az-a istinadən xəbər verir ki, bundan sonra messencerdəki qrup çatlarında olan iştirakçıların olduqları yeri təyin etmək mümkün olacaq. İştirakçıların real zaman ərzində yerlərinin təyin olunması (Live Location Tracking) funksiyası, messencerin həm Android, həm də iOS versiyalarına əlavə olunacaq. Sözügedən funksiya öncə deaktiv vəziyyətdə olacaq. Lakin onu ayarlar bölməsindən aktiv etmək mümkün olacaq. İstifadəçilərin yerini təyin etmək funksiyasını 1, 2, 5 dəqiqə və ya bilinməyən vaxta qədər aktiv etmək olacaq. Bu çox rahat funksiyadır. Belə ki, istifadəçi qrup çatındakı digər istifadəçilərin görüş təyin olunmuş yerdən nə qədər uzaqda olduqlarını öyrənə biləcək. Hər bir istifadəçi, onu izləyə bilmək xüsusiyyətini dayandıra bilər. Bunu da təbii ki, ayarlardan etmək mümkün olacaq. Sözügedən funksiyadan başqa, həmçinin messencerə ismarıcların geri çağırılması və redaktə olunması əlavə olunur. Hər iki funksiya istifadəçi tərəfindən oxunmayan ismarıclara şamil olunacaq. Geri çağırılma ismarıcı ləğv edir və ismarıcı qəbul edən şəxs onu görmür. Redaktə etmək xüsusiyyəti isə ismarıcın mətnini dəyişməyə imkan verəcək. Beləliklə ismarıcı qəbul edəcək şəxs redaktə edilmə prosesini görmədən mətnin yenilənmiş versiyasını görəcək.


OXŞAR XƏBƏRLƏR

Bakıda bu yol axşam saatlarından BAĞLANIR

Bu gün axşam saatlarından etibarən Xətai rayonu, Süleyman Vəzirov küçəsinin bir hissəsində (Xəqani Rüstəmov küçəsilə kəsişməsindən Babək prospektinə qədər) hərə...

"Dövlətlərarası münasibətlərdə ali siyasi iradə və qarşılıqlı etimad həlledici amildir" - Ülvi Quliyev

İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkianın Azərbaycana rəsmi səfəri ikitərəfli münasibətlərin bugünü və gələcəyi baxımından mühüm əhəmiyyət kəsb ed...

Prezidentdən Naxçıvanla bağlı sərəncam

Prezident İlham Əliyev "Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı"nda dəyişiklik edilməs...

6 manatdan 11 manata qaldırıldı - Yeni QƏRAR

"Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında" Qərara dəyişiklik edib.   Sfera....

Macarıstanda bu analar vergidən azad olundu

Macarıstan parlamenti ölkədə doğum səviyyəsinin aşağı düşməsinin qarşısını almaq məqsədilə iki və üç uşağı olan qadınların gəlir vergisindən azad olunmasını nəz...

Prezident Sərəncam imzaladı

Azərbaycan Respublikasının Gürcüstandakı səfirliyində təhsil məsələləri üzrə müşavir vəzifəsi təsis edilib.   Sfera.az AZƏRTAC-a istinadən xəbər...