Dövlət büdcəsinə 14 milyard manat toplanıb - Bu, proqnozdan çoxdur

Dövlət büdcəsinə 14 milyard manat toplanıb - Bu, proqnozdan çoxdur

2025-ci ilin yanvar-aprel ayları ərzində dövlət büdcəsinin gəlirləri 13,965 milyard manat olub. Bu, 4 aylıq proqnozdan 219,7 milyon manat və ya 1,6% çoxdur.

 

Sfera.az xəbər verir ki, bu haqda məlumatı Maliyyə Nazirliyi açıqlayıb.

 

Məlumata görə, dövlət büdcəsinin xərcləri 11,192 milyard manat proqnoza qarşı 10,962 milyard manat, yəni 97,9% icra olunub.

 

Qeyd edilib ki, gəlirlərdə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xətti ilə daxilolmalar 6,923 milyard manat təşkil edərək proqnozdan 398,2 milyon manat və ya 6,1%, Dövlət Gömrük Komitəsi üzrə daxilolmalar 2,065 milyard manat təşkil edərək proqnozdan 37,9 milyon manat və ya 1,9%, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti üzrə daxilolmalar 14,8 milyon manat təşkil edərək proqnozdan 3,2 milyon manat və ya 27,2% və sair daxilolmalar 182,3 milyon manat təşkil edərək proqnozdan 100,4 milyon manat və ya 122,4% çox icra edilib.

 

Dövlət büdcəsindən maliyyələşən təşkilatların ödənişli xidmətlərindən daxilolmalar 200,3 milyon manat təşkil edərək proqnoza qarşı 71,9 milyon manat və ya 26,4%, Dövlət Neft Fondundan transfert isə 4,579 milyard manat təşkil edərək proqnoza qarşı 247,9 milyon manat və ya 5,1% az icra edilib.

 

Bu ilin yanvar-aprel aylarında dövlət büdcəsinin gəlirlərinin icrasında yüksək göstəricilər qeydə alınıb, xərclərlə əlaqədar 440 mindən çox ödəniş tapşırığı yerinə yetirilib.


OXŞAR XƏBƏRLƏR

1 milyon fələstinli Liviyaya köçə bilər

ABŞ Prezidenti Donald Trampın administrasiyası fələstinlilərin Qəzza zolağından Liviyaya köçürülməsi ilə bağlı plan hazırlayır.   Sfera.az xəbər veri...

Heydər Əliyev Mərkəzində “Əbədiyyətin ifadəsi” sərgisi - VİDEO

Mayın 16-da Heydər Əliyev Mərkəzində tanınmış braziliyalı rəssam-heykəltaraş Luiz de Souzanın sərgisinin açılışı olub.   Sfera.az xəbər verir ki, &ld...

Aygün Səmədzadəyə vəzifə verildi

Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasına yeni direktor təyinatı olub.   Sfera.az xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyi məlumat yayıb...

Bu yol bağlandı

Böyükşor-Pirşağı yolunun bir hissəsində hərəkət müvəqqəti məhdudlaşdırılıb.    Sfera.az xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları D...

Hitler harada "yoxa çıxıb”? - Stalin niyə Fürerin şəxsi diş həkimini axtarırdı?

Hitlerin ölümü ilə bağlı həqiqət haradadır? O qaçıb, yoxsa ölüb və KQB-nin tapıntılarına inanmaq olarmı?   Sfera.az uzun illərdir hələ də mübahisə və m...

Alimlər Alkatraz qaçışlar haqqında nə deyirlər? - FOTO

Alkatraz adasındakı bədnam həbsxananın açılması xəbəri ilə bu yerdən nə vaxtsa kiminsə uğurla qaçıb qaçmadığı sualı bir daha gündəmə gəlib. Maraqlar təbii olara...