"Bu il Azərbaycan jurnalistikası üçün yaddaqalandır" - Əhməd İsmayılov

"Bu il Azərbaycan jurnalistikası üçün yaddaqalandır" - Əhməd İsmayılov

"Bu il eyni zamanda Azərbaycan jurnalistikası üçün mühüm əhəmiyyət kəsb edən, yaddaqalan illərdən hesab olunur”.

 

Sfera.az xəbər verir ki, bunu MEDİA-nın təşkilatçılığı ilə “İctimai proseslər media müstəvisində” mövzusunda II Forumun açılış mərasimində Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov deyib. O bildirib ki, zəngin və şərəfli inkişaf yolu keçmiş Azərbaycan milli mətbuatı bu il özünün 150 illik yubileyini qeyd edir:

 

“Fürsətdən istifadə edərək, bu əlamətdar tarixi hadisənin yüksək səviyyədə qeyd edilməsi ilə bağlı imzaladığı tarixi Sərəncama və peşəkar jurnalistikanın inkişafına göstərdiyi daimi diqqət və qayğısına görə cənab Prezidentə ölkəmizin media ictimaiyyəti adından təşəkkürümüzü bildirmək istərdik! 1875-ci ildə maarifçi və publisist Həsən bəy Zərdabi tərəfindən nəşr olunmağa başlayan “Əkinçi” qəzeti iki ilə yaxın fəaliyyəti dövründə mütərəqqi fikirli ziyalıları öz ətrafında birləşdirmiş, elm, maarif, mədəniyyət, incəsənət və kənd təsərrüfatının inkişafı ilə bağlı məqalələr dərc edib, xalqın mədəni tərəqqisi uğrunda mübarizə aparıb".

 

Ə. İsmayılov qeyd edib ki, medianın peşəkarlığının artırılması, iqtisadi dayaqlarının gücləndirilməsi Azərbaycan dövlətinin bütün inkişaf mərhələlərində informasiya siyasətinin prioritetləri sırasında olub:

 

"Bunun bariz nümunəsi kimi Prezident cənab İlham Əliyevin 2021-ci ilin yanvarın 12-də “Azərbaycan Respublikasında media sahəsində islahatların dərinləşdirilməsi haqqında” Fərmanı ilə medianın inkişafında yeni bir mərhələnin başlanmasını göstərmək olar. Medianın İnkişafı Agentliyinin yaradılması da məhz bu istiqamətdə həyata keçirilən quruculuq prosesinin tərkib hissəsi olub".

 

Firuzə Əliyeva


OXŞAR XƏBƏRLƏR

"İstanbulda əldə olunan razılaşmaları həyata keçirməyə hazırıq” - Peskov

Kremlin mətbuat katibi Dmitri Peskov Ukrayna tərəfinin döyüşlərdə həlak olmuş hərbçilərin cəsədlərini qəbul etmək məsələsində mövqeyini dəyişib-dəyişməyəcəyinin...

Süni intellekt psixoloji diaqnostikanı dəyişdirir

Son illərdə süni intellekt (AI) psixologiya sahəsində də sürətlə inkişaf edir. Xüsusilə psixoloji diaqnostika və müalicə metodlarında AI-nin tətbiqi insan zehni...

Şəmkirdə 59 yaşlı şəxsi elektrik öldürdü

Şəmkirdə 59 yaşlı şəxsi elektrik cərəyanı vuraraq öldürüb.   Sfera.az xəbər verir ki, hadisə rayonun Dəllər Cəyir kəndində qeydə alınıb.   ...

"Rusiya və Ukrayna danışıqları davam etdirməlidir" - Peskov

Rusiya və Ukraynanın memorandumlarına cavab mübadiləsi məsələsində iki nümayəndə heyətinin görüşünün davam etdirilməsi tələb olunacaq.   Sfera.az Rus...

Ermənistan Türkiyə və Azərbaycanla sərhədlərin açılması halında bütün ssenarilərə hazırdır

Ermənistan Dövlət Gəlirlər Komitəsi (DGK) Türkiyə və Azərbaycanla sərhədlərin açılması halında bütün ssenarilərə hazırdır.   Sfera.az Ermənistan mətb...

İran ABŞ-nin təklifini qəbul etmədi

Tehran ABŞ-nin təqdim etdiyi son nüvə təklifini “qəbuledilməz” hesab edir və yaxın günlərdə Oman vasitəsilə rəsmi Vaşinqtona yeni əks-təklif göndərə...