Türkiyəli professor Tramp haqqında danışdı

Türkiyəli professor Tramp haqqında danışdı

"Trampın qərarına dünya ölkələri sərt reaksiya göstərəcək”.

APA-nın məlumatına görə, bu sözləri ABŞ prezidenti Donald Trampın miqrantlar barədə qərarını şərh edən İstanbuldakı Kültür Universiteti beynəlxalq əlaqələr kafedrasının professoru Mənsur Akgün deyib.

 M. Akgün bildirib ki, prezident Tramp bu qərarı ilə təkcə miqrantları yox, 7 ölkənin bütün vətəndaşlarının ABŞ-a girməsini məhdudlaşdırmaq istəyir: "ABŞ-dakı hüquq müdafiəçiləri və bəzi ölkələr qərara sərt reaksiya göstərsələr də, hələ ki dünya ölkələrinin o qərara geniş miqyasda reaksiya verdiyini görmürük. Məncə, yaxın günlərdə prezident Trampın məlum qərarına bir çox ölkədən ciddi şəkildə reaksiyalar göstəriləcək”.

 

APA-nın "Prezident Trampın qərarına indiyə qədər Türkiyədən yalnız CHP lideri Kamal Kılıçdaroğlunun reaksiya göstərdiyini gördük. Bunun səbəbi nədir?” - sualını isə professor belə cavablandırıb: "Türkiyənin rəsmi şəkildə sərt reaksiya göstərməməsinin arxasında ikitərəfli münasibətlərdə yaşanan sıxıntılar dayanır. İqtidar ilk növbədə ikitərəfli münasibətlərdə yaşanan problemləri həll etməyə çalışdığına görə prezident Trampın miqrantlar haqda qərarına açıq şəkildə reaksiya verməyi məqsədəuyğun saymır. İndiki vəziyyətdə iki müttəfiq ölkə arasındakı problemlərin həll edilməsi iqtidar üçün əsas şərtdir”.


OXŞAR XƏBƏRLƏR

Azərbaycan Liqasında ilk finalçı BƏLLİ OLDU

Azərbaycan Basketbol Liqasında ilk finalçı müəyyənləşib.   Sfera.az xəbər verir ki, "Sabah" həlledici raundda iştirak hüququ qazanıb. ...

Sabah Bakının bəzi ərazilərində qaz olmayacaq

Sabah Bakının Binəqədi rayonunun bəzi ərazilərində qaz təchizatı dayandırılacaq.   Bu barədə Sfera.az-a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) &qu...

Bakıda bu yol axşam saatlarından BAĞLANIR

Bu gün axşam saatlarından etibarən Xətai rayonu, Süleyman Vəzirov küçəsinin bir hissəsində (Xəqani Rüstəmov küçəsilə kəsişməsindən Babək prospektinə qədər) hərə...

"Dövlətlərarası münasibətlərdə ali siyasi iradə və qarşılıqlı etimad həlledici amildir" - Ülvi Quliyev

İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkianın Azərbaycana rəsmi səfəri ikitərəfli münasibətlərin bugünü və gələcəyi baxımından mühüm əhəmiyyət kəsb ed...

Prezidentdən Naxçıvanla bağlı sərəncam

Prezident İlham Əliyev "Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı"nda dəyişiklik edilməs...

6 manatdan 11 manata qaldırıldı - Yeni QƏRAR

"Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında" Qərara dəyişiklik edib.   Sfera....