Ağcabədidə ağır qəza, iki hərbçi həlak oldu- VİDEO


Ağcabədidə ağır qəza, iki hərbçi həlak oldu- VİDEO

Ağcabədidə baş verən qəzada iki nəfər ölüb. 

 

Sfera.az-ın xəbərinə görə, hadisə rayon ərazisində baş verib.

 

Belə ki, hərəkətdə olan “Vaz 2106” markalı 10-CM-225 dövlət nömrə nişanlı avtomobil traktorla toqquşub. 

 

Nəticədə minik avtomobilinin sürücüsü və sərnişini, Salyan rayonu Qaraçuxur qəsəbə sakini 2002-ci il təvəllüdlü Əmirəliyev Şamil Pənah oğlu və Qazax rayon Qaymaqlı kənd sakini 2002-ci il təvəllüdlü Əhmədov Vaqif Valeh oğlu hadisə yerində həyatını itirib. Həlak olan şəxslərin hərbçi olduğu bildirilir.

 

Faktla bağlı araşdırma aparılır.  (Qafqazinfo)

 


OXŞAR XƏBƏRLƏR