Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının üzvləri təltif ediliblər
18:20 / 30.01.2017
851
Azərbaycan Respublikasının prezidenti İlham Əliyev Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı üzvlərinin "Azərbaycan Respublikası prezidentinin fəxri diplomu" ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
Sfera.az AZƏRTAC-a istinadən bildirir ki, sənəddə deyilir:
"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycan Respublikasının ictimai həyatında səmərəli fəaliyyətinə və gənclərin vətənpərvərlik tərbiyəsindəki xidmətlərinə görə aşağıdakı şəxslər "Azərbaycan Respublikası prezidentinin fəxri diplomu" ilə təltif edilsinlər:
Qritçenko Aleksandr Aleksandroviç
Səttarova Fatma Hüseyn qızı".