İşıq söndü, 5 nəfər öldü...

İşıq söndü, 5 nəfər öldü...

İspaniyada elektrik enerjisinin kəsilməsi nəticəsində azı 5 nəfər ölüb.

 

Sfera.az xəbər verir ki, bu barədə “El Pais” qəzeti məlumat yayıb.

 

Bildirilib ki, Orense əyalətində bir ailənin üç üzvü dəm qazından boğularaq dünyasını dəyişib.

 

Valensiya muxtar icmasında süni nəfəs aparatına qoşulan qadın oksigenin tükənməsi nəticəsində ölüb. Bundan başqa, Madriddə şamın səbəb olduğu yanğında bir qadın həyatını itirib.


OXŞAR XƏBƏRLƏR