"Azərbaycan Əfqanıstanda sabitliyi və təhlükəsizliyi dəstəkləyir" - DTX rəisi

"Azərbaycan Əfqanıstanda sabitliyi və təhlükəsizliyi dəstəkləyir" - DTX rəisi

Azərbaycan hər zaman Əfqanıstanda daxili siyasi sabitliyin və təhlükəsizliyin təmin olunması üçün irəli sürülən beynəlxalq təşəbbüsləri dəstəkləyib.

 

Sfera.az xəbər verir ki, bunu Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, general-polkovnik Əli Nağıyev Bakıda “Əfqanıstan: regional təmaslar, təhlükəsizlik və inkişaf” mövzusunda keçirilən beynəlxalq konfransda deyib.

 

O bildirib ki, Azərbaycan bu istiqamətdə səylərini heç vaxt əsirgəməyib:

 

"Əfqanıstana transmilli mütəşəkkil cinayətkarlığa, o cümlədən beynəlxalq terrorçuluğa, narkotik vasitələrin qanunsuz dövriyyəsinə və qeyri-qanuni miqrasiyaya qarşı apardığı mübarizədə dünya ölkələrinin hərtərəfli dəstək verməsi zəruridir".


OXŞAR XƏBƏRLƏR