Çinin məşhur markaları Azərbaycanda istehsal olunacaq? - AÇIQLAMA

Çinin məşhur markaları Azərbaycanda istehsal olunacaq? - AÇIQLAMA

Azərbaycan ixracı artırmaq üçün yüksək marka dəyəri olan məhsulların istehsalına nail olmalıdır. Çin son 20-30 ildə çoxlu sayda yeni markalar yaradıb və həmin markalar altında buraxılan məhsullar dünyada böyük tələb görməkdədir. 

 

Azərbaycan Çinlə əməkdaşlığı gücləndirməklə perspektivdə məşhur markalarının ölkəmizdə istehsalını təşkil edə bilərmi? 

 

Sözügedən məsələ ilə bağlı Sfera.az-a açıqlama verən iqtisadçı Natiq Cəfərli Azərbaycanın istənilən ölkədən investisiya cəlb etməyə çalışmalı olduğunu deyib.
İqtisadçı bildirib ki, bu xüsusən də istehsal sahələrinin yaradılması məqsədilə edilməlidir.

 

"Lakin bunun üçün ölkədə investisiya mühiti daha da yaxşılaşdırılmalıdır. Eyni zamanda logistik imkanlar genişləndirilməli, vergi və gömrük rüsumları endirilməlidir ki, investor üçün uyğun və cəlbedici olsun". 

 

N.Cəfərli bir çox addımların atılmasının Azərbaycana müəyyən üstünlüklər verə biləcəyini vurğulayıb. O qeyd edib ki, ərazi baxımdan əlverişli yerdəyik:

 

“Okeana çıxışımız yoxdur, bu da çox önəmli faktordur. Lakin ölkəmiz yeni dəmir yolları, avtomobil yolları və logistik xətlərin üzərində yerləşir. Bu coğrafi mövqeyimizi üstünlüyə çevirmək mümkündür”.

 

Fidan Hacızadə
 


OXŞAR XƏBƏRLƏR

Dünya çempionatının bağlanış mərasimində Faiq Ağayev oxuyacaq

Bu gün saat 19:15-də minifutbol üzrə dünya çempionatının təntənəli bağlanış mərasimi keçiriləcək.   Sfera.az xəbər verir ki, finaldan öncə nəzər...

Avtobuslardan istifadə edənlərə ŞAD XƏBƏR - Tarix AÇIQLANDI

Bakıda havaların isti keçməsinə baxmayaraq, paytaxtın marşrut avtobuslarında hələ də kondisionerlər işləmir.   Şəhər sakinləri günün isti saatlarında...

Bu ərazilərdə qaz olmayacaq

Yasamal rayonundakı mövcud qaz xəttində aşkar olunmuş qaz sızması müvəqqəti aradan qaldırılıb. İşlərin yekunlaşdırılması məqsədilə 02.06.2025-ci il saat 10:00-d...

Mehriban Əliyeva Uşaqlar Günü ilə bağlı paylaşım etdi

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva sosial şəbəkədə 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə paylaşım ed...

Bu gün qəbul imtahanı KEÇİRİLİR

Bu gün Dövlət İmtahan Mərkəzi (DİM) I və IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul imtahanı keçirəcək. Həmçinin bu gün III qrup üzrə DT və TC alt...

Dövlət Departamenti: Ukrayna ilə bağlı qərarları Moskva və Kiyev verməlidir

Rusiya-Ukrayna münaqişəsinin həlli ilə bağlı qərarları Moskva və Kiyev danışıqlar masası arxasında qəbul etməlidir. Hərçənd ABŞ-nin bu məsələdə öz tələbləri var...