Son 3 ildə əhalinin kredit borcu iki dəfə artıb - Rəqəmlər

Son 3 ildə əhalinin kredit borcu iki dəfə artıb - Rəqəmlər

2021-ci ildən sonra əhalinin kredit borcu 2 dəfədən çox artıb. 


Sfera.az Mərkəzi Bankın statistik məlumatlarına istinadən xəbər verir ki, 2021-ci ilin sonunda 8,6 milyard manat olan kredit borcu 2025-ci ilin martın sonunda 17,642 milyard manata çatıb. 


Müqayisə göstərir ki, təxminən 3 il ərzində əhali banklar və qeyri-bank kredit təşkilatları qarşısında daha 9 milyard manat borclanıblar. Bununla da əhalinin kredit borcu 2,05 dəfə artıb.


Bu artım sürəti olduqca yüksəkdir. Belə ki, Azərbaycanda bütün subyektlərin kredit borcu son 3 ildə 1,73 dəfə, əhalinin borcundakı artımı çıxdıqda isə digər sahələrdə borclanmadakı artım sürəti 1,41 dəfə olub. 


Müqayisədən göründüyü kimi, əhalinin kredit borclarındakı artım sürəti digər sahələrə nisbətən 45 faiz yüksəkdir. 


Ümumilikdə, bütün subyektlərin kredit borcu 12 milyard manat artıb ki, bunun da 9 milyardı əhalinin borclarındakı artımından ibarətdir. Son məlumata əsasən, cəmi borcların 59,4 faizi əhaliyə məxsusdur. Halbuki, 2021-ci ilin sonunda bu göstərici 50 faiz idi.  


Vasif
  
 


OXŞAR XƏBƏRLƏR

Dünya çempionatının bağlanış mərasimində Faiq Ağayev oxuyacaq

Bu gün saat 19:15-də minifutbol üzrə dünya çempionatının təntənəli bağlanış mərasimi keçiriləcək.   Sfera.az xəbər verir ki, finaldan öncə nəzər...

Avtobuslardan istifadə edənlərə ŞAD XƏBƏR - Tarix AÇIQLANDI

Bakıda havaların isti keçməsinə baxmayaraq, paytaxtın marşrut avtobuslarında hələ də kondisionerlər işləmir.   Şəhər sakinləri günün isti saatlarında...

Bu ərazilərdə qaz olmayacaq

Yasamal rayonundakı mövcud qaz xəttində aşkar olunmuş qaz sızması müvəqqəti aradan qaldırılıb. İşlərin yekunlaşdırılması məqsədilə 02.06.2025-ci il saat 10:00-d...

Mehriban Əliyeva Uşaqlar Günü ilə bağlı paylaşım etdi

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva sosial şəbəkədə 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə paylaşım ed...

Bu gün qəbul imtahanı KEÇİRİLİR

Bu gün Dövlət İmtahan Mərkəzi (DİM) I və IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul imtahanı keçirəcək. Həmçinin bu gün III qrup üzrə DT və TC alt...

Dövlət Departamenti: Ukrayna ilə bağlı qərarları Moskva və Kiyev verməlidir

Rusiya-Ukrayna münaqişəsinin həlli ilə bağlı qərarları Moskva və Kiyev danışıqlar masası arxasında qəbul etməlidir. Hərçənd ABŞ-nin bu məsələdə öz tələbləri var...