Azərbaycan Prezidenti:"Bunun üçün əzmlə çalışırıq"

Azərbaycan Prezidenti:"Bunun üçün əzmlə çalışırıq"

Azərbaycan fəal diplomatiya vasitəsilə Qlobal Şimal və Qlobal Cənub arasında mövqe fərqliliklərini aradan qaldırmaq, daha inklüziv və effektiv dialoqu inkişaf etdirmək üçün bu gün də əzmlə çalışır. Lakin bu prosesdə uğura nail olmaq yolunda ən böyük maneə Qlobal Cənub və Qlobal Şimal arasında illər ərzində formalaşmış etimadsızlıqdır.

 

Sfera.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikri Azərbaycan Prezidenti İlham Əliyev Qlobal Cənub QHT Platformasının təsis konfransının iştirakçılarına ünvanlandığı müraciətində bildirib.

 

"Biz bu disbalansı aradan qaldırmaq məqsədilə Qlobal Cənub ilə Qlobal Şimal arasında körpü rolunu öz üzərimizə götürərək etimad quruculuğu işinə yeni töhfələr vermək əzmindəyik.

 

İqtisadi və siyasi transformasiyadan uğurla keçmiş, hərbi təcavüzlə üzləşmiş, ərazi bütövlüyü və suverenliyini öz gücünə tam bərpa etmiş bir dövlət kimi Azərbaycan az inkişaf etmiş, inkişaf etməkdə olan ölkələrin və bütövlükdə Qlobal Cənubun üzləşdiyi problemləri dərindən dərk edir. Biz bu məkanda həmrəyliyin, əməkdaşlığın və davamlı inkişafın təşviqinə daim sadiqik", - deyə dövlətimizin başçısı qeyd edib.


OXŞAR XƏBƏRLƏR

İran səfiri Zəngəzur dəhlizindən danışdı: "Qırmızı xəttimizdən yayınmayacağıq"

“İran dəhliz məntiqi olan istənilən yola qarşıdır”.   Sfera.az Teleqraf-a istinadən xəbər verir ki, bunu İranın Ermənistandakı səfiri Meh...

Ermənistan polisi Mikael Ajapaxyanı həps edə bilməyib

Ermənistan Milli Təhlükəsizlik Xidməti və polisi Eçmiədzin ərazisini tərk edib.   Sfera.az xəbər verir ki, bu barədə Ermənistan Milli Təhlükəsizlik X...

“Disneylend” qalmaqalı: Azyaşlılara "tamah" salan britaniyalı saxlanılıb

Parisin “Disneylend”ində 39 yaşlı britaniyalının 9 yaşlı ukraynalı qızla "toy" etməyə cəhdi qalmaqal yaradıb.   Britaniyalı şəx...

Pirotexniki vasitələrin saxlanması xüsusi tələblərlə tənzimlənir - Ekspert

Dünən axşam "Azərbaycanfilm" kinostudiyasının ərazisində baş vermiş partlayış hadisəsi ictimaiyyətdə ciddi narahatlıq doğurub. Məlum olub ki, partlayı...

“Alya” tətildən maraqlı görüntülər paylaşdı - FOTOLAR

“Uzak Şehir”də “Alya” obrazını canlandıran Sinem Ünsal sevgilisi Berk Cankat ilə istirahətə yollanıb.   Sfera.az “Qafqa...

"Zirə" və "Hayduk" arasındakı oyunların başlama vaxtı məlum oldu

UEFA Konfrans Liqasının II təsnifat mərhələsində "Zirə" və Xorvatiya "Hayduk"u arasında keçiriləcək hər iki oyunun başlama saatı müəyyənləşi...