Taksi sürücüsü itkin düşən qızları gizlədibmiş - YENİLƏNDİ

Taksi sürücüsü itkin düşən qızları gizlədibmiş - YENİLƏNDİ

Xəbər verdiyimiz kimi, Bakının Maştağa qəsəbəsində iki qız 10 gündür itkin düşmüşdü.

 

Sfera.az xəbər verir ki, 2008-ci il təvəllüdlü Hüseynova Aygün Bəhram qızı və 2007-ci il təvəllüdlü Hüseynova Reyhan Elşən qızı aprelin 16-dan itkin idi.

 

Polis əməkdaşları qızları bu gün tapıb. Onlar hələki ailəsinə təhvil verilməyib.

 

***

 

Yetkinlik yaşına çatmayan qızları evində gizlədən, axtarışı aparılmasını bilə-bilə polisi məlumatlandırmayan taksi sürücüsü Sabunçu RPİ əməkdaşları tərəfindən saxlanılaraq məsuliyyətə cəlb edilib.

 

Bu barədə "Report"a DİN-in Mətbuat Xidmətindən bildirilib.

 

Araşdırma DİN-in nəzarətinə götürülüb.


OXŞAR XƏBƏRLƏR