Prezident İlham Əliyev: \"Təhlükəsizlik üçün idxaldan asılılıq azalmalıdır\"

Prezident İlham Əliyev: \

Rəqəmlər onu göstərir ki, biz son illər ərzində öz ərzaq təhlükəsizliyimizi müəyyən dərəcədə təmin edə bilmişik.

 

Sfera.az AZƏRTAC-a istinadən bildirir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev bu gün Heydər Əliyev Mərkəzində "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrasının üçüncü ilinin yekunlarına həsr olunan konfransda çıxışı zamanı deyib.

Dövlət başçısı bildirib ki, əgər sovet dövrünə nəzər salsaq, görərik ki, o vaxt bölgü aparılırdı: "Azərbaycanda üzüm, pambıq, tütün, meyvə-tərəvəz istehsal edilirdi, ancaq ət, yağ, un başqa respublikalardan gəlirdi. Bu da vahid ölkə üçün məqbul variant idi. Ancaq biz indi müstəqillik dövründə yaşayırıq və əlbəttə çalışmalıyıq ki, öz ərzaq təhlükəsizliyimizi tam şəkildə təmin edək. Buna nail oluruq. Əlavə tədbirlər nəticəsində və bayaq qeyd etdiyim 150-160 min yeni suvarılacaq əkin sahələrinin hesabına biz nəinki bu boşluğu bağlaya bilərik, eyni zamanda çox böyük ixrac imkanımız da yaranacaq".

Prezident İlham Əliyev qeyd edib ki, taxılçılıq strateji sahədir: "Düzdür, bu gün də bu böyük gəlir gətirən sahə deyil. Əgər digər kənd təsərrüfatı məhsulları ilə müqayisə etsək, bəlkə də ən az gəlir gətirən sahədir. Amma bu, strateji sahədir. Ona görə də biz kömək göstəririk ki, böyük fermer təsərrüfatları, aqroparklar yaradılsın, məhsuldarlıq artsın və keyfiyyət yaxşılaşsın ki, indiki 53 faizdən daha da yüksək faizə nail olaq. Beləliklə, idxaldan da asılılıq azalacaq. İndi bu gün hardasa 250-300 milyon dollar ancaq bu məqsədlər üçün xaricə gedir. Əlbəttə ki, bunun suvarma ilə bağlı olan problemləri var, bu da həll olunacaq. Texnika ilə təmin etmişik. Azərbaycanda gübrə zavodu tikilir. Əminəm ki, maksimum gələn il o, artıq istifadəyə veriləcək. Gübrə ilə bağlı xaricə valyuta getməyəcək. Azərbaycanda pestisid istehsalı da qurulmalıdır. Bu il işlər başlanılmalıdır ki, pestisidləri də xaricdən almayaq. Bir sözlə, maksimum dərəcədə idxaldan asılılıq azalmalıdır. Bu, həm təhlükəsizlik üçün lazımdır, həm də biz valyutamıza qənaət etməliyik".


OXŞAR XƏBƏRLƏR

Əhali pulunu nəyə xərcləyir? Rəqəmlər

2024-cü ildə Azərbaycanda yaşayan əhali istehlak məqsədilə ay ərzində adambaşına 364 manat pul xərcləyib.  Sfera.az rəsmi dövlət statistikasına istina...

Nə üçün deputatlara giriş-çıxış qadağası qoyulur? - ARAŞDIRMA

Məlum olduğu kimi, Rusiya tərəfinin dəvəti və Abşeron RİH-in təşkilatçılığı ilə Azərbaycan nümayəndə heyəti Ümummilli Lider Heydər Əliyevin anadan olmasının ild...

“Məzahir Pənahov çox tərbiyəsiz bir oğul böyüdüb”

Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahovun ABŞ-də yaşayan oğlu Məhəmməd Pənahovun həyat yoldaşına verdiyi işgəncələrdən Bakıya qaçması...

Bu kişilər 65 yaşından tez pensiyaya ÇIXACAQ

Azərbaycan qanunvericiliyinə görə 5 uşağı olan analar 5 il tez pensiyaya çıxa bilər. Amma nəzərə alaq ki, uşaqların böyüdülməsində və tərbiyə olunmasında a...

Məhkəmə Tofiq Yaqublu ilə bağlı qərar verdi

Milli Şuranın üzvü Tofiq Yaqublu və onunla birgə ittiham olunan jurnalist Elnur Məmmədovun (Vaqifoğlu) apellyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb. ...

Qarşıdakı 3 gün fərqli olacaq - Bu bürclər...

Bu həftə astroloji baxımdan nisbətən sakit keçəcək. Lakin gələn həftə baş verəcək Əqrəb bürcündəki Tam Ayın təsirləri artıq özünü göstərməyə başlayır. Buna görə...