Abşeronda şəhidlər və ailə üzvləri ziyarət olunub - FOTOLAR

Abşeronda şəhidlər və ailə üzvləri ziyarət olunub - FOTOLAR

Xalqımızın şanlı qələbə qazandığı Vətən Müharibəsində, o cümlədən düşmənin hərbi təxribatlarının qarşısını alarkən şəhidlik zirvəsinə ucalan abşeronlu igidlərimiz Abşeron rayonunda daima yad edilir, onların anım və doğum günlərində məzarları ziyarət olunur, övladlarına və ailə üzvlərinə tez-tez baş çəkilir.


Anım tədbirlərində Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, RİH-in məsul əməkdaşları, şəhid ailələri və müharibə iştirakçıları iştirak edib.


Vətənimizin bütövlüyü uğrunda şəhid olmuş Vidadi Zalovun anım mərasimində, şəhid Hətəmxan Quliyevin, şəhid Səxavət Abbasovun, şəhid Rəşad Mehdiyevin doğum günlərində, şəhid Ruhin Xəlilovun övladı Melisa Xəlilovanın, Vətən Müharibəsi qəhrəmanı Veysəl Musibovun anası Səməngül Musibovanın, şəhid Nurlan Ağakişiyevin anası Pərvanə Ağakişiyevanın, şəhid Vüsal Musayevin anası Vüsalə Musayevanın, şəhid Əli Ələkbərovun anası Rəna Bağırovanın, şəhid Fərid Məmmədovun həyat yoldaşı Şəhla Məmmədovanın, Vətən Müharibəsi qəhrəmanı Elbrus Bayramovun övladı Xəyyam Bayramzadənin doğum günlərində, eləcə də şəhid Zaur Dövlətovun qardaşı Elnur Dövlətovun nişan məclisi zamanı ailələri ziyarət olunub, şəhidlərimizin məzarları üzərinə çiçəklər düzülərək xatirələri ehtiramla yad edilib, ruhlarına dualar oxunub. Şəhidlərimizin əvvəllər yaşadıqları evlərinə baş çəkilib, onların ailə üzvləri ilə görüşülərək qayğıları ilə maraqlanılıb.


Şəhid Səxavət Abbasovun doğum günü Xırdalan şəhərindəki Heydər Əliyev Mərkəzində davam etdirilib. Tədbirdə, eləcə də şəhid ailələri ilə görüşlərdə RİH başçısı Abdin Fərzəliyev bildirib ki, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi, şəhidlərimizin və qazilərimizin şücaəti ilə Azərbaycan xalqı düşmən üzərində şanlı qələbə qazanaraq ərazi bütövlüyümüz və suverenliyimiz tam təmin olundu. İşğaldan azad olunan rayon və kəndlərimizdə surətli şəkildə bərpa-quruculuq işlərinin aparıldığını və soydaşlarımızın böyük sevinclə öz yurdlarına döndüyünü vurğulayan RİH başçısı qeyd edib ki, ordumuzun gücü və qüdrəti artıq bütün dünyaya bəllidir və o, istənilən təxribatın qarşısını yerindəcə almağa qadirdir. 


Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev və Abşeron Rayon Mərkəzi Xəstəxananın direktoru Səkinə Sadıxova Abşeron Rayon Mərkəzi Xəstəxanasında stasionar müalicə alan şəhid ailə üzvlərini və qaziləri ziyarət edib. Həmçinin Vətən Müharibəsi şəhidi İlqar Vəliyevin həyat yoldaşı, Mərkəzi Xəstəxananın Sığortanın təşkili və innovasiya şöbəsinin müdiri Təhminə Vəliyevanı doğum günü münasibətilə təbrik edib. 
Vətən müharibəsi şəhidi Rüfət Şabanovun anası Kifayət Şabanova dünyasını dəyişib. Mərhum yaşadığı Abşeron rayonu Ceyranbatan qəsəbəsində dəfn edilib. Mərasimdə Abşeron RİH-in məsul əməkdaşları iştirak edib. 


Şəhid ailələri də öz növbələrində onlara daim diqqət və qayğının göstərildiyini, şəhidlərimizin xatirəsinin əbədiləşdirilməsi istiqamətində müxtəlif tədbirlərin keçirildiyini qeyd edərək, bunlara görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.
 

 


OXŞAR XƏBƏRLƏR

BƏƏ-yə uçan reyslər Bakı hava limanına yönləndirilib

Birləşmiş Ərəb Əmirlikləri istiqamətində hərəkət edən iki reys, İran ərazisi üzərində hava məkanının müvəqqəti məhdudlaşdırılması səbəbindən marşrutunu dəyişərə...

Rusiyada azərbaycanlı iş adamı belə həbs edildi- ANBAAN VİDEO

Voronejdə azərbaycanlı sahibkar Yusif Xəlilov həbs edilib.   Sfera.az xəbər verir ki, bu haqda “Report” məlumat yayıb.   Y.Xəl...

Azərbaycanlı diaspor rəhbəri də Yekaterinburqda SAXLANILDI - VİDEO

Rusiyada daha bir azərbaycanlı iş adamı saxlanılıb. Sfera.az xəbər verir ki, bu barədə Rusiyanın Telegram kanalları video görüntülə yayıb. Gö...

Rusiyada daha bir azərbaycanlının həbs müddəti uzadıldı

Yekaterinburq məhkəməsi iyunun 27-də saxlanılan daha bir azərbaycanlı barəsində qərar çıxarıb.   Sfera.az xəbər verir ki, məhkəmə Əhliman Gənciyevin ...

Attestasiya imtahanından keçməyən müəllimlərə ŞAD XƏBƏR

Attestasiya imtahanından keçməyən bəzi müəllimlərin aqibətinə aydınlıq gətirilib.   Bu barədə mədəniyyət nazirinin müşaviri Cəsarət Valehov jurnalist...

Xaçmazda yeniyetmə anasını qətlə yetirdi

Xaçmaz rayonunun Qadaş oba kəndində qətl hadisəsi baş verib.   Sfera.az xəbər verir ki, yeniyetmə oğlan anası 1982-ci il təvəllüdlü Lətifova Kifayət ...