Prezident İlham Əliyev: "Ölkəmizin güclü turizm sənayesi yaradılmalıdır"

Prezident İlham Əliyev:
Xalçaçılıq sənətini yaşatmaq, iş yerlərini yaratmaq və ixrac imkanlarını genişləndirmək üçün "Azərxalça" yaradıldı və artıq 1-ci fabrik Füzuli şəhərində açılıb və mən orada iştirak etmişəm. Bu il bu fabriklərin sayı 10-a çatdırılmalıdır.
 

Sfera.az AZƏRTAC-a istinadən bildirir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev bu gün Heydər Əliyev Mərkəzində "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrasının üçüncü ilinin yekunlarına həsr olunan konfransda çıxışı zamanı deyib.

Dövlət başçısı bildirib ki, həm ənənəvi sənət yaşadılmalı, həm xalçaçılıq sənayesi də yaradılmalıdır: "Həm əllə, həm də maşınlarla toxunan Azərbaycan xalçaları dünyada təbliğ edilməli və bu, böyük gəlir mənbəyinə çevrilməlidir".

Turizmlə bağlı görülmüş işlərdən danışan dövlət başçısı qeyd edib ki, Azərbaycan beynəlxalq turizm üçün çox cəlbedici bir ölkəyə çevrilir:

"Xüsusilə vizayla bağlı atılan addımlar bu sahədə dönüş yaratdı. Əlbəttə ki, Azərbaycan turizm üçün çox cəlbedici bir ölkədir. İlk növbədə Azərbaycanda zəngin, mədəni irs var. Tarixi abidələrimiz, bizim qədim mədəniyyətimiz turistləri cəlb edir. Digər tərəfdən, Azərbaycan müasir ölkədir və burada turizm infrastrukturu da çox inkişaf edib. 2014-cü ildən bu günə qədər Azərbaycanda 300-dən çox mehmanxana tikilib. Bakı şəhərində dünyanın aparıcı hotellər şəbəkələrinin mehmanxanaları var. Bizim əla mətbəximiz, gözəl iqlimimiz, vətənpərvər və qonaqpərvər insanlarımız - bütün bunlar turistləri cəlb edir. Azərbaycanda hökm sürən sabitlik, təhlükəsizlik - bütün bu faktorlar var. Viza sadələşdirilməsi də həll olunub. Sadəcə olaraq, biz işləri düzgün təşkil etməliyik və ölkəmizin güclü turizm sənayesi yaradılmalıdır. Bu sahədə böyük təcrübəsi olan ölkələrin təcrübəsindən istifadə etməliyik".


OXŞAR XƏBƏRLƏR

Nə üçün deputatlara giriş-çıxış qadağası qoyulur? - ARAŞDIRMA

Məlum olduğu kimi, Rusiya tərəfinin dəvəti və Abşeron RİH-in təşkilatçılığı ilə Azərbaycan nümayəndə heyəti Ümummilli Lider Heydər Əliyevin anadan olmasının ild...

“Məzahir Pənahov çox tərbiyəsiz bir oğul böyüdüb”

Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahovun ABŞ-də yaşayan oğlu Məhəmməd Pənahovun həyat yoldaşına verdiyi işgəncələrdən Bakıya qaçması...

Bu kişilər 65 yaşından tez pensiyaya ÇIXACAQ

Azərbaycan qanunvericiliyinə görə 5 uşağı olan analar 5 il tez pensiyaya çıxa bilər. Amma nəzərə alaq ki, uşaqların böyüdülməsində və tərbiyə olunmasında a...

Məhkəmə Tofiq Yaqublu ilə bağlı qərar verdi

Milli Şuranın üzvü Tofiq Yaqublu və onunla birgə ittiham olunan jurnalist Elnur Məmmədovun (Vaqifoğlu) apellyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb. ...

Qarşıdakı 3 gün fərqli olacaq - Bu bürclər...

Bu həftə astroloji baxımdan nisbətən sakit keçəcək. Lakin gələn həftə baş verəcək Əqrəb bürcündəki Tam Ayın təsirləri artıq özünü göstərməyə başlayır. Buna görə...

Mədəni-maarif proqramlarının cəmiyyətə təsiri danılmazdır

Müasir cəmiyyətlərin inkişaf səviyyəsini müəyyən edən başlıca göstəricilərdən biri maarifləndirmə və təhsilə verilən əhəmiyyət, eləcə də bu sahələrdə tətbiq olu...