“Rusiya və Ukrayna atəşkəsə çox yaxındır” - Tramp

“Rusiya və Ukrayna atəşkəsə çox yaxındır” - Tramp

ABŞ Prezidenti Donald Tramp Rusiya və Ukrayna arasında davam edən münaqişəyə dair açıqlama verib. Tramp hər iki ölkənin atəşkəs sazişi imzalamağa “çox yaxın” olduğunu bildirib və tərəfləri yüksək səviyyədə görüşərək razılaşmanı yekunlaşdırmağa çağırıb.

 

Sfera.az xəbər verir ki, 88 yaşında vəfat edən katoliklərin ruhani lideri Papa Fransiskin dəfn mərasimində iştirak etmək üçün İtaliyaya səfər edən Tramp Romaya eniş etdikdən qısa müddət sonra şəxsi “Truth Social” platformasında açıqlama yayıb.

 

Paylaşımında Tramp bildirib:

 

“Az əvvəl Romaya endim. Rusiya və Ukrayna arasında aparılan danışıqlar baxımından yaxşı bir gündür. Tərəflər razılaşmaya çox yaxındır və indi ən yüksək səviyyədə bir araya gələrək bu prosesi yekunlaşdırmalıdırlar. Əsas məsələlərin əksəriyyəti üzrə razılıq əldə olunub. Qan axıdılmasını dərhal dayandırın. Biz bu qəddar və mənasız müharibənin sona çatmasına kömək etmək üçün lazım olan hər yerdə olacağıq”.

 

Hazırda Rusiya və Ukrayna arasında atəşkəs istiqamətində irəliləyişin əldə olunması beynəlxalq ictimaiyyət tərəfindən diqqətlə izlənilir.


Bəsti Rəfizadə


OXŞAR XƏBƏRLƏR

BƏƏ-yə uçan reyslər Bakı hava limanına yönləndirilib

Birləşmiş Ərəb Əmirlikləri istiqamətində hərəkət edən iki reys, İran ərazisi üzərində hava məkanının müvəqqəti məhdudlaşdırılması səbəbindən marşrutunu dəyişərə...

Rusiyada azərbaycanlı iş adamı belə həbs edildi- ANBAAN VİDEO

Voronejdə azərbaycanlı sahibkar Yusif Xəlilov həbs edilib.   Sfera.az xəbər verir ki, bu haqda “Report” məlumat yayıb.   Y.Xəl...

Azərbaycanlı diaspor rəhbəri də Yekaterinburqda SAXLANILDI - VİDEO

Rusiyada daha bir azərbaycanlı iş adamı saxlanılıb. Sfera.az xəbər verir ki, bu barədə Rusiyanın Telegram kanalları video görüntülə yayıb. Gö...

Rusiyada daha bir azərbaycanlının həbs müddəti uzadıldı

Yekaterinburq məhkəməsi iyunun 27-də saxlanılan daha bir azərbaycanlı barəsində qərar çıxarıb.   Sfera.az xəbər verir ki, məhkəmə Əhliman Gənciyevin ...

Attestasiya imtahanından keçməyən müəllimlərə ŞAD XƏBƏR

Attestasiya imtahanından keçməyən bəzi müəllimlərin aqibətinə aydınlıq gətirilib.   Bu barədə mədəniyyət nazirinin müşaviri Cəsarət Valehov jurnalist...

Xaçmazda yeniyetmə anasını qətlə yetirdi

Xaçmaz rayonunun Qadaş oba kəndində qətl hadisəsi baş verib.   Sfera.az xəbər verir ki, yeniyetmə oğlan anası 1982-ci il təvəllüdlü Lətifova Kifayət ...