Papa bu gün dəfn olunacaq


Papa bu gün dəfn olunacaq

Roma Papası Fransisk bu gün dəfn ediləcək.

 

Sfera.az xəbər verir ki, artıq insanlar dəfn mərasiminin keçiriləcəyi Müqəddəs Pyotr meydanına buraxılmağa başlayıb. Ümumilikdə meydana 1 milyona yaxın insanın toplaşacağı gözlənilir.

 

Son bir neçə gün ərzində təxminən 250 minə yaxın insanın Papa ilə vidalaşmaq üçün Müqəddəs Pyotr bazilikasını ziyarət etdiyi deyilir.

 

Fransisklə vidalaşmağa müxtəlif ölkələrdən 130-dan çox nümayəndə heyəti gəlib.

 

Azərbaycanı dəfn mərasimində Milli Məclisin sədri Sahibə Qafarova təmsil edir.

 

edək ki, Papa Fransisk aprelin 21-də 88 yaşında vəfat edib. O, “Santa Maria Maggiore” Roma bazilikasında dəfn olunacaq.


OXŞAR XƏBƏRLƏR