Universitetin müəllimlərinin maaşı artırıldı

Universitetin müəllimlərinin maaşı artırıldı

2017-ci ilin yanvar ayından etibarən Azərbaycan Texnologiya Universitetinin (ATU) professor-müəllim heyəti üzvləri və inzibati işçilərinin maaşları artırlıb. Bununla bağlı qərar universitet Elmi Şurasının 25.01.2017-ci il tarixində keçirilən 5 saylı iclasında qəbul olunub.

Kollektivi yeni qərar haqqında məlumatlandıran ATU-nun rektoru, professor Akif Süleymanov bildirib ki, maaşların nə qədər və hansı prinsiplər əsasında artırlıması barədə təkliflər bu məqsədlə yaradılmış xüsusi komissiya tərəfindən hazırlanıb. Komissiya təklifləri hazırlayarkən Prezident İlham Əliyevin 21.01.2017-ci ildə imzaladığı minimum aylıq əməkhaqqının artırılmasına dair sərəncamı, "Təhsil haqqında" qanunun 38.6-cı maddəsini, eləcə də sosial ədalət və humanizm prinsipləri əsas götürülüb.

Qəbul olunan yeni qərara əsasən maaşların hesablanması artıq differensial üsulla aparılacaq. Bu zaman əməkdaşın daşıdığı vəzifənin əhəmiyyəti, elmi dərəcə və adların mövcudluğu, nəzərə çarpacaq xidmətlərlə fərqlənmə və universitetdə Təhsil Nazirliyinin pilot layihəsi kimi tətbiq olunan Müştəriyə Yönəlmə Proqramında (MYP) iştirak prinsipləri əsas götürüləcək. Fakültə və kafedraların inzibati işçilərinin maaşı isə həmin struktur vahidlərinin illik büdcəsinə əsasən faiz nisbətilə təyin ediləcək.

Dəyişikliklərə əsasən tətbiq olunacaq maaş artımı vəzifə və göstəricilərdən asılı olaraq 22 - 40 faiz arasında dəyişir. Ən yüksək – 40 faizlik artımın assistentlərə şamil olunmasının səbəbi gənc mütəxəssislərin universitetdə elmi-pedaqoji fəaliyyət göstərməyə həvəsləndirilməsidir. Eyni zamanda elmi dərəcəsi olmayan əməkdaşların maaşlarına 22 faiz, təsərrüfat işçilərinin əməkhaqqına isə 10-30 faiz arası artım olunacaq. Bundan başqa fəlsəfə doktoru və elmlər doktoru dərəcələri üçün verilən 60 və 100 manatlıq ödənişlər ATU-nun büdcəsi hesabına ikiqat artırılacaq.

İclasda həmçinin mövcud ştatların optimallaşdırılması mövzusu da müzakirə olunub və təkrarlanan, qeyri-məhsuldar ştatların yeni vəzifələrdə birləşdirilməsi qərara alınıb. Bu qərarın əsas məqsədi əməkdaşların həyat şəraitinin yaxşılaşdırılması, məhsuldar işçi qüvvələrindən səmərəli istifadə, ədalətli qiymətləndirmə, tədrisin keyfiyyətinin yüksəldilməsi və MYP fəaliyyətində aktivliyin artırlmasıdır.


OXŞAR XƏBƏRLƏR

DünyaHindistanla müharibə 3 günə başlaya bilər - Pakistanın müdafiə naziri

Hindistanla 2-3 gün ərzində müharibə başlaya bilər.   Sfera.az xəbər verir ki, bunu Pakistanın müdafiə və aviasiya naziri Xavaca Məhəmməd Asif deyib....

SÜRÜCÜLƏRİN NƏZƏRİNƏ: 800 manatadək cərimələnə bilərsiniz

Son zamanlar sosial şəbəkələrdə qadağan olunan sayrışan işıq və xüsusi səs siqnalı kimi avtoaksesuarların satışı geniş yayılıb.   Hətta sayrışan işıq...

Ərdoğan zəlzələdən danışdı

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda binaların seysmik dayanıqlığının gücləndirilməsi və şəhərin mümkün güclü zəlzələlərə hazırlığı çərçivəsində a...

İran Prezidentinin Azərbaycana səfəri başa çatdı

İran Prezidenti Məsud Pezeşkianın Azərbaycana rəsmi səfəri aprelin 28-də başa çatıb.   Sfera.az xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının ...

Leyla Əliyevanın şeirlərinə bəstələnmiş mahnılar ifa olundu

II Beynəlxalq Opera Festivalının altıncı günündə Azərbaycanın xalq artisti Fidan Hacıyevanın “Arzu” adlı solo konserti olub. Opera müğənnisi Heydər ...

Bəzi məqamlar var ki, hələ yazılmayıb - İran Prezidenti

"Əziz qardaşım, Prezident İlham Əliyev böyük əzm və iradə nümayiş etdirir. Biz də öz tərəfimizdən, inamımıza, iradəmizə və əzmkarlığa əsaslanaraq, Allahın ...