Xoşqədəm Xudiyeva və Aslan Quliyev yüksək vəzifəyə TƏYİN OLUNDULAR

Xoşqədəm Xudiyeva və Aslan Quliyev yüksək vəzifəyə TƏYİN OLUNDULAR

Gəncə Dövlət Universitetinin nəzdində fəaliyyət göstərən Regional Kollecdə rəhbər vəzifələrə yeni təyinatlar olub.
 

Bu barədə Sfera.az-a Elm və Ali Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib.

 

Bildirilib ki, Dövlət Agentliyinin müvafiq əmrinə əsasən, Xoşqədəm Xudiyeva Regional Kollecin direktoru vəzifəsinə təyin edilib.
 

O, bu təyinatadək kollecdə direktor səlahiyyətlərini həvalə əsasında icra etməklə yanaşı, tədris işləri üzrə direktor müavini vəzifəsini də yerinə yetirirdi. 

 

Agentliyin digər əmri ilə tədris işləri üzrə direktor müavini vəzifəsinə Aslan Quliyev təyin olunub. O isə bu təyinatadək kollecdə tərbiyə işləri üzrə direktor müavini vəzifəsində çalışıb.


Xoşqədəm Xudiyeva Gəncə Dövlət Universitetində “İngilis dili” ixtisası üzrə bakalavriat təhsilini başa vurub, 2022–2024-cü illərdə isə Azərbaycan Dövlət Pedaqoji Universiteti və ABŞ-ın Corc Vaşinqton Universiteti ilə birgə həyata keçirilən “Təhsilin təşkili və idarə olunması” ixtisası üzrə magistr proqramını uğurla tamamlayıb. 2010–2024-cü illər ərzində Gəncə və Bakı şəhərlərində pedaqoji fəaliyyətlə məşğul olub, həmçinin Təhsil İnstitutunda çalışıb.
 

Aslan Quliyev Azərbaycan Dillər Universitetində “İngilis dili müəllimi” ixtisası üzrə bakalavriat təhsili alıb. Hazırda Azərbaycan Dövlət Pedaqoji Universiteti və Corc Vaşinqton Universitetinin birgə “Təhsilin təşkili və idarə olunması” magistr proqramında təhsilini davam etdirir.

 

2017–2024-cü illər ərzində müxtəlif məktəb və liseylərdə pedaqoji və inzibati vəzifələrdə fəaliyyət göstərib.
 

Xəzər Universiteti Dünya Məktəbinin Gəncə filialında tədris işləri üzrə koordinator və icraçı direktor, Avropa Azərbaycan Məktəbində isə tədris üzrə müdir müavini vəzifələrində çalışıb.


OXŞAR XƏBƏRLƏR

Sertifikasiyada riyaziyyat fənni üzrə ən yüksək nəticələr bu bölgələrdə olub

“Sertifikasiya prosesində riyaziyyat fənni üzrə ən yüksək nəticələr Siyəzən, Sumqayıt, Xaçmaz, Mingəçevir və İsmayıllıdan olub”.    ...

Mina partlayışı ilə bağlı əhaliyə ÇAĞIRIŞ: “Bu ərazilərə daxil olmayın!

Xəbər verdiyimiz kimi, Ağdərə rayonunun Həsənqaya kəndi ərazisində 2025-ci il 10 iyul tarixində mina hadisəsi baş verib. 1979-cu il təvəllüdlü Quluyev Qulu Tu...

Ağdərədə Minaya Düşən Şəxs Amputasiya Olundu – Vəziyyəti Ağırdır

Ağdərədə minaya düşən şəxsin son vəziyyəti açıqlanıb.   Sfera.az xəbər verir ki, bu barədə informasiyanı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birli...

Həftəsonu 34 mindən çox abituriyent imtahan verəcək

İyulun 13-də I və IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə, həmçinin III qrup üzrə DT və TC altqruplarının hər ikisini seçənlər üçün coğrafiya fənni ü...

Süni intellekt ölümə səbəb oldu

Stanford Universitetinin tədqiqatçıları xəbərdarlıq edir ki, insanlar işsizlik, intihar düşüncələri, maniakal və ya psixoz kimi psixoloji böhranlarla üzləş...

İqtisadiyyat və Humanitar Kollecdə Yeni Rəhbər Təyinatları

İqtisadiyyat və Humanitar Kollecdə yeni təyinatlar olub.   Sfera.az xəbər verir ki, bu barədə Bizim.Media-ya Elm və Ali Təhsil üzrə Dövlət Agent...