Çin bəzi ABŞ məhsullarına gömrük rüsumunu ləğv edib – İddia

Çin bəzi ABŞ məhsullarına gömrük rüsumunu ləğv edib – İddia

Çin hökumətinin ABŞ-dən idxal olunan bəzi yarımkeçiricilərə (çip) tətbiq etdiyi əlavə 125 faiz gömrük rüsumunu ləğv etdiyi iddia olunur.

 

Sfera.az "En Son Haber"ə istinadən xəbər verir ki, Çində fəaliyyət göstərən iqtisadiyyat və maliyyə xəbər xidməti "Caixi"nin sənaye mənbələrinə istinadla verdiyi məlumata görə, Pekin rəhbərliyi ən azı səkkiz növ inteqral sxemin gömrük rüsumundan azad ediləcəyini yerli şirkətlərə bildirib.


Xəbərdə qeyd olunub ki, Çin gömrük orqanları bu məhsulların idxalı üçün ödənilən rüsumların da şirkətlərə geri qaytarılacağını açıqlayıb.


Lakin məsələ ilə bağlı hələlik rəsmi açıqlama verilməyib və "Caixi"n sözügedən xəbəri sonradan internet saytından silib.


Digər tərəfdən, "Reuters" agentliyi adının açıqlanmasını istəməyən mənbəyə istinadən bildirib ki, Çin Ticarət Nazirliyi əlavə gömrük vergilərinin mənfi təsirini azaltmaq üçün yerli şirkətlərdən müəyyən məhsulların tariflərdən azad olunması ilə bağlı təkliflər istəyib.


Agentliyin məlumatına görə, Nazirlik bunun üçün xüsusi işçi qrupu yaradıb və gömrük güzəştləri tətbiq edilə biləcək məhsulların siyahısını hazırlayır.


Xatırladaq ki, ABŞ prezidenti Donald Tramp bir neçə gün əvvəl verdiyi açıqlamada Pekinlə tarif məsələləri üzrə danışıqlar apardıqlarını bildirmişdi. Lakin Çin hökuməti bu iddianı təkzib edərək, ABŞ ilə tariflərlə bağlı hər hansı bir görüşmə aparılmadığını bəyan edib.


Bəsti Rəfizadə


OXŞAR XƏBƏRLƏR

Avtobuslardan istifadə edənlərə ŞAD XƏBƏR - Tarix AÇIQLANDI

Bakıda havaların isti keçməsinə baxmayaraq, paytaxtın marşrut avtobuslarında hələ də kondisionerlər işləmir.   Şəhər sakinləri günün isti saatlarında...

Bu ərazilərdə qaz olmayacaq

Yasamal rayonundakı mövcud qaz xəttində aşkar olunmuş qaz sızması müvəqqəti aradan qaldırılıb. İşlərin yekunlaşdırılması məqsədilə 02.06.2025-ci il saat 10:00-d...

Mehriban Əliyeva Uşaqlar Günü ilə bağlı paylaşım etdi

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva sosial şəbəkədə 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə paylaşım ed...

Bu gün qəbul imtahanı KEÇİRİLİR

Bu gün Dövlət İmtahan Mərkəzi (DİM) I və IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul imtahanı keçirəcək. Həmçinin bu gün III qrup üzrə DT və TC alt...

Dövlət Departamenti: Ukrayna ilə bağlı qərarları Moskva və Kiyev verməlidir

Rusiya-Ukrayna münaqişəsinin həlli ilə bağlı qərarları Moskva və Kiyev danışıqlar masası arxasında qəbul etməlidir. Hərçənd ABŞ-nin bu məsələdə öz tələbləri var...

Niyə vəhşi heyvanlar safari maşınlarına hücum etmir?

Safari zamanı açıq nəqliyyat vasitəsi ilə yırtıcılara bu qədər yaxınlaşmaq ilk baxışdan çox təhlükəli görünə bilər. Ancaq əslində vəhşi təbiətdə belə turlar təə...