Maliyyə Nazirliyinin bu addımı bank faizlərinə təsir göstərdi - AÇIQLAMA

Maliyyə Nazirliyinin bu addımı bank faizlərinə təsir göstərdi - AÇIQLAMA

Maliyyə Nazirliyi banklarda yenidən depozit yerləşdirib.

 

Sfera.az xəbər verir ki, nazirlik dövlət büdcəsi vəsaitlərinin daha səmərəli idarə olunması üçün  xəzinə hesabının milli valyutada olan sərbəst qalığının yerli banklarda yerləşdirdiyini bəyan edib.  

 

Belə ki, fiskal qurum vahid xəzinə hesabının 500,0 milyon manat həcmində sərbəst qalığını kapitallaşma və aktivlərinin məbləği səviyyəsinə görə ölkənin ən iri beş bankında 32 gün müddətinə, 7.04% orta çəkili faiz dərəcəsi ilə depozitə yerləşdirdiyini açıqlayıb. 

 

Həmçinin, nazirlik 2 həftə öncə 1,0 milyard manat həcmində sərbəst qalığı 4 sistem əhəmiyyətli bankda, 3 ay müddətinə, 7.21% orta çəkili faiz dərəcəsi ilə depozitə yerləşdirdiyini bəyan etmişdi. 

 

Bəs, büdcə vəsaitlərinin depozit kimi banklarda yerləşdirilməsi nədən xəbər verir?

 

Mövzu ilə bağlı Milli Məclisin deputatı Vüqar Bayramov bildirib ki, Maliyyə Nazirliyinin depozitlərə üstünlük verməsi bank faizlərinə artıq təsir göstərib.

 

 

Deputat izah edib ki, cəmi 2 həftə öncə vəsaiti 7.21 faizlə yerləşdirən nazirlik indi 0.17 faiz bənd daha az gəlir əldə edəcək.

 

Onun sözlərinə görə, depozit gəlirlərində 7.04 faizədək azalma var:

 

"Aydındır ki, səbəb nazirlik tərəfindən ilk hərracda yerləşdirilən 1.0 milyard manatın bankların likvidliyinə təsir etməsidir. Bu o deməkdir, Maliyyə Nazirliyi öz depozitləri ilə bank sektorunda faizlərə təsir göstərə bilib. Təbii ki, burada depozitlərin yerləşdirilməsi müddətlərinin fərqli olması da diqqətə alınmalıdır".
V.Bayramov əlavə edib ki, mühüm məqamlardan biri depozit hərraclarda yerləşən bankların  sayı ilə bağlıdır. 

 

Millət vəkili qeyd edib ki, Bu  dəfə bankların sayı “1” ədəd artaraq 4-dən 5-ə çatıb:

 

"Bu heç də hərracların sayı ilə bankların sayı arasında korrelyasiyanın olması ilə bağlı deyil. Sistem əhəmiyyətli bankların sayı 5 olduğundan nazirlik bu rəqəmlə dəvəti məhdudlaşdırıb. Aydındır ki, belə selektiv yanaşma bank sektoru üçün arzuolunan  deyil. Çünki bu sektorda təmərküzləşmə baxımından daha çox diskrimativ effekt yarada bilər".

 

V.Bayramov vurğulayıb ki, heç bir inkişaf etmiş ölkədə hər hansı sektorda iştirakçılar “yaxşı” və “pis oğlanlar” (good and bad guys) kimi qruplaşdırılmır. 

 

"Bu baxımdan, Maliyyə Nazirliyinin də öz hərraclarına ilk dördlük və ya ilk beşliyi deyil, reytinqlərinə uyğun bankları dəvət etməsi daha məqsədəuyğundur.  Bütövlükdə, hərraclarda iştirak ilə bağlı meyar bankların böyüklüyü deyil, onların beynəlxalq reytinqi olmalıdır. Xüsusən də, 2016-cı ildə aparıcı banklardan birinin müflis olduğunu xatırlasaq "böyüklük ilə az risklik" arasındakı əlaqə hipotezləri təsdiqini tapmaya bilər. Bu baxımdan, sırada neçənci dayanmaqdan daha çox, beynəlxalq reytinq önəmlidir".

 

Deputat əlavə edib ki, Maliyyə Nazirliyinin depozit faizlərinə təsiri müsbət haldır. Çünki  son aylar depozit faizlərində kəskin artımlar müşahidə olunurdu. Bu yolla Maliyyə Nazirliyi hətta kreditlərə belə təsir göstərib faizləri azalda bilər: hətta bu fiskal məqsəd olmasa da belə:


"Son depozitlər göstərir ki, büdcə vəsaitlərin istifadəsi ilə  bağlı yeni yanaşma nümayiş etdirilir. Təbii ki, Maliyyə Nazirliyi tərəfindən fiskal gəlirlərin daha da artırılması ilə  bağlı fəaliyyətlər təqdirəlayiqdir. Bununla yanaşı, bu vəsaitlərə bank sektorunda bərabər çıxış imkanlarının yaradılması da vacibliyini qoruyub saxlayır".

 

Firuzə Əliyeva


OXŞAR XƏBƏRLƏR

Azərbaycanlı ekspertlərdən maqnit qasırğası ilə bağlı XƏBƏRDARLIQ

Yer kürəsində maqnit qasırğası başlayıb.   Sfera.az-ın xəbərinə görə, bildirilir ki, qasırğasının intensivliyi güclü pozulma dövrləri ilə dəyişəcək. ...

Sumqayıtda üç avtomobil toqquşub, xəsarət alanlar var -FOTO

Sumqayıt şəhərində üç avtomobilin iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib, xəsarət alanlar var.   Sfera.az-ın məlumatına görə, qəza İsmət Qayıb...

Mayis Bərxudarova ağır itki

II ordu korpusunun sabiq komandiri, general-leytenant Mayis Bərxudarova ağır itki üz verib.   Sfera.az-ın məlumatına görə, Mayis Bərxudarovun atası Ş...

Nazirdən Qarabağ Universitetində təhsil alan tələbələrə ŞAD XƏBƏR

Qarabağ Universitetində təhsil alan tələbələrinə əlavə təqaüdlər veriləcək.   Elm və təhsil naziri Emin Əmrullayev  Xankəndidə Qarabağ Universit...

Fidan: İstanbulda Rusiya – Ukrayna danışıqları konstruktiv keçib

Türkiyənin xarici işlər naziri Hakan Fidan iyunun 2-də İstanbulda Ukrayna üzrə birbaşa danışıqların ikinci mərhələsinin konstruktiv şəraitdə keçdiyini bildirib....

Zelenski: Ukrayna tam atəşkəs tələb edir

Ukrayna bütün cəbhə xətti boyunca tam, qeyd-şərtsiz atəşkəs tələb etməkdə davam edir.   Sfera.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Ze...