ŞOK! SON DƏQİQƏ! Çörək də BAHALAŞDI

ŞOK! SON DƏQİQƏ! Çörək də BAHALAŞDI
Azərbaycanda unun topdansatış qiyməti artırılıb.

BiG.AZ xəbər verir ki, Bakıdakı çörək sexlərindən daxil olan məlumata görə, 50 kq-lıq un kisəsinin qiyməti 24 manatdan 26 manat 15 qəpiyə qaldırılıb.

Məlumata görə, qiymət hər gün müəyyən qədər artırılır və bunun davam edəcəyi bildirilir. Bu isə unun pərakəndə satış qiymətinin tez bir zamanda bahalaşacağını göstərir. Belə olan halda çörəyin qiymətinin də artırılması istisna deyil.

İqtisadiyyat Nazirliyi isə qiymət artımı barədə yayılan xəbəri təkzib edib. Nazirliyin mətbuat xidmətinin rəhbəri Abbas Əliyev bakipost.az-a açıqlamasında, unun qiymətində hər hansı bahalaşmanın qeydə alınmadığını bildirib.

Məlumat üçün bildirək ki, Azərbaycanın ərzaq buğdasına illik tələbatı 3 milyon tondur, bir o qədər də yerli istehsal var. Ancaq yerli taxıl aşağı keyfiyyətli olduğundan Azərbaycan ildə 1,5 milyon ton taxıl idxal edir. Azərbaycana taxıl əsasən Qazaxıstan və Rusiyadan idxal olunur. Manatın məzənnəsinin ucuzlaşması çörəyin qiymətinin artmasını qaçılmaz edir. İqtisadiyyat Nazirliyinin təkzibinə baxmayaraq, yaxınlarda çörəyin qiymətində artım gözlənilir. Daha doğrusu, qiymət artımı artıq var. Sadəcə, çörəyin çəkisini azaltmaqla qiyməti sabit saxlamağa çalışırlar.

OXŞAR XƏBƏRLƏR

Hindistan Pakistana hücum etdi

Hindistan Pakistana hücum edib.   Sfera.az xəbər verir ki, Bahvalpur, Kotli və Müzəffərabad şəhərlərinə raket zərbələri endirilib.   Bir s...

Bakının bu ərazilərində evlər kəskin bahalaşacaq - QİYMƏTLƏR

Bakı şəhərinin mənzil bazarında son 3 ildə qiymətlərin 2 dəfə, hətta daha çox artdığı deyilir. Bildirilir ki, 2022-ci ilin mart-aprel ayında paytaxtın mərkəzi r...

Bu ərazilərdə bir neçə saat işıq olmayacaq

Xətai Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) ərazisində 10 kV-luq hava xəttinin yeni Özünüdaşıyan İzolyasiyalı Naqillə (ÖİN) əvəz olunmasına görə m...

İstanbulda reyd zamanı 1005 nəfər saxlanıldı

İstanbulda son iki gündə polis tərəfindən ümumi reyd keçirilib.   Sfera.az xəbər verir ki, reyd zamanı ümumilikdə 329 min 409 şəxs haqqında qısa araş...

İsrail Qəzzada HƏMAS-ın komanda-idarəetmə mərkəzinə zərbə endirib

İsrail Ordusu Qəzza zolağının mərkəzində HƏMAS radikal hərəkatının komanda-nəzarət mərkəzinə zərbə endirib.   Sfera.az xəbər verir ki, bu barədə İsra...

Hacıqabulda üç kənd təhlükədə: yaşayış evlərini sel suları basdı

Hacıqabula dağlardan gələn sel üç kəndi təhlükə altına alıb.   Sfera.az "Report"a istinadla xəbər verir ki, hazırda rayonda yağan güclü yağ...