Azad Rəhimovun bahalı butikləri “batır”...

Azad Rəhimovun bahalı butikləri “batır”...
"İtaldizain Group”a məxsus 21 salon və butik ciddi maliyyə çətinliklərlə üzləşib. Buna səbəb dünyanın bir sıra məşhur brendlərinin satışnı həyata keçirən bu obyektlərin ciddi müştəri qıtlığı ilə üzləşməsidir. 

Xatırladaq ki, "İdea”, "Creative System”, "WMF”, 2 "Villeroy & Boch” butik və salonu, "Glampire Time Pieces and Cewellery”, "Ambiance”, 5 "Swarovski” butiki, "Royal Collection”, "Royal Collection - Watches & Accessories”, "Yves Delorme”, "Baccarat - Bernardaud”, "Museum”, "Chopard”, "Carpets Boutique”, "Lladro”, "Rosenthal-Christofle-Herend”, iki "Eurodesign” və "Transeurocom” telekommunikasiya şirkəti, "ID Catering” keyterinq şirkəti və "Creacon” inşaat şirkəti "İtaldizain Group” holdinqinin çətiri altında birləşib. 

Holdinqin faktiki sahibi gənclər və idman naziri Azad Rəhimovdur. KİV bunu çoxdan yazır və indiyədək həmin yazılanlar təkzib edilməyib. 

İtaldizain Group ile ilgili görsel sonucu

Azərbaycan manatının dollar qarşısında son bir ildə iki dəfə dəyər itirməsindən sonra nazirin butiklərində satılan mal və məhsulların qiyməti də kəskin bahalaşıb. Bu isə ölkənin indiki maliyyə durumunda müştəri tapılmasını daha da çətinləşdirib. 

"İki il öncə sözügedən butiklərdə 2-3 min manata satılan qol saatlarının qiyməti 6-7 min manatadək bahalaşıb. 2015-ci ilədək 400-450 manata satılan bahalı qələmlərin qiyməti isə 800-1000 manatək yüksəlib. Nazirə məxsus holdinqin butiklərində iki ilə əvvələdək qiyməti 10 min manatdan yuxarı olan malların dəyəri isə 1,5-2 dəfə artıb. Artıq nazirin butiklərinə yeni məhsulların gətirilməsi də böyük ölçüdə dayandırılıb”, - deyən mənbələrimiz hazırda "İtaldizain Group”un gəlirlərinin kəskin azalmasına diqqət çəkib. 

Holdinqə məxsus butiklərinin sürətlə bağlanması da istisna edilmir. (qaynarinfo.az)

OXŞAR XƏBƏRLƏR

Hindistan Pakistana hücum etdi

Hindistan Pakistana hücum edib.   Sfera.az xəbər verir ki, Bahvalpur, Kotli və Müzəffərabad şəhərlərinə raket zərbələri endirilib.   Bir s...

Bakının bu ərazilərində evlər kəskin bahalaşacaq - QİYMƏTLƏR

Bakı şəhərinin mənzil bazarında son 3 ildə qiymətlərin 2 dəfə, hətta daha çox artdığı deyilir. Bildirilir ki, 2022-ci ilin mart-aprel ayında paytaxtın mərkəzi r...

Bu ərazilərdə bir neçə saat işıq olmayacaq

Xətai Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) ərazisində 10 kV-luq hava xəttinin yeni Özünüdaşıyan İzolyasiyalı Naqillə (ÖİN) əvəz olunmasına görə m...

İstanbulda reyd zamanı 1005 nəfər saxlanıldı

İstanbulda son iki gündə polis tərəfindən ümumi reyd keçirilib.   Sfera.az xəbər verir ki, reyd zamanı ümumilikdə 329 min 409 şəxs haqqında qısa araş...

İsrail Qəzzada HƏMAS-ın komanda-idarəetmə mərkəzinə zərbə endirib

İsrail Ordusu Qəzza zolağının mərkəzində HƏMAS radikal hərəkatının komanda-nəzarət mərkəzinə zərbə endirib.   Sfera.az xəbər verir ki, bu barədə İsra...

Hacıqabulda üç kənd təhlükədə: yaşayış evlərini sel suları basdı

Hacıqabula dağlardan gələn sel üç kəndi təhlükə altına alıb.   Sfera.az "Report"a istinadla xəbər verir ki, hazırda rayonda yağan güclü yağ...