“Kontakt” Elmlərə gəldi – AÇILIŞA ÖZƏL 60%-DƏK ENDİRİM

“Kontakt” Elmlərə gəldi – AÇILIŞA ÖZƏL 60%-DƏK ENDİRİM

Bakının tələbə nəfəsli mərkəzi bu dəfə zəng səsi ilə deyil, sevinc dolu anlarla gündəmə gəlib. Buna səbəb isə sevindirən şəbəkə "Kontakt"ın bir neçə gün əvvəl metronun "Elmlər Akademiyası" stansiyası ərazisində ilk mağazasını açması oldu. Təntənəli keçən açılış tədbirində canlı musiqi, bol əyləncə və hədiyyələrlə dolu müsabiqələr həm böyüklərə, həm də uşaqlara xoş anlar yaşadıb.

 

Şəbəkənin ikimərtəbəli bu yeni mağazasında smartfonlar, notbuklar, məişət texnikası, hətta ev tekstilinə aid minlərlə çeşid bir arada nümayiş olunur. Ən gözlənən xəbər isə əlbəttə ki, endirim fürsətləri idi. Açılışa özəl olaraq nağd alışda 60%-dək endirim və məhsulların elə endirimli qiymətini 18 ayadək bölüb hissə-hissə ödəniş imkanı həmin gün mağaza ziyarətçilərinin sevincini ikiqat artırıb.

 

Açılışa özəl bu böyük endirim kampaniyası isə gələ bilməyənlər üçün hələ də - aprelin 27-dək davam edir. Odur ki, bu günlərdə yalnız "Kontakt"ın metronun "Elmlər Akademiyası" stansiyasının yaxınlığında yerləşən filialından:

 

- 128 Gb-lıq "Xiaomi Redmi Note 13" smartfonunu 400 yox, 290 manata;

- 15 günədək işləyə bilən "Kieslect" smart saatını 300 yox, yarı qiymətinə - 150 manata;

- 2000 Vt gücə malik "Philips" ütüsünü 100 yox, 30 manata;

- "FlexCook" texnologiyalı "Tefal" fritozunu 550 yox, 220 manata;

- 12 parçadan ibarət qranit örtüklü "Schafer" qazan dəstini 400 yox, sadəcə 170 manata ala bilərsiniz.

 

Bu siyahı sərfəli təkliflərin sadəcə bir hissədir. Yeni - şəhərin mərkəzində Bakı Dövlət Universitetinin yanında yerləşən "Kontakt" Elmlər mağazasında saysız məhsul açılışa özəl sərfəli şərtlərlə əldə etmək üçün hələ də vaxtınız var. Odur ki, real endirim axtaranlar üçün növbəti stansiya "Kontakt"ın "Elmlər Akademiyası" mağazası…


OXŞAR XƏBƏRLƏR

İlk türk astronavtı olduğunu iddia edərək yaponları belə aldadan adam

Serkan Anılır, sosial medianın həyatımıza yeni daxil olduğu bir vaxtda adını hallandıran təəccüblü ad olub. O, özünü ilk türk astronavtı və Yaponiyanın super be...

Mehriban Əliyevaya “Müqəddəs Knyaginya Olqa” ordeni təqdim edildi - FOTOLAR

Moskvanın və Bütün Rusiyanın Patriarxı Kirill Rus Pravoslav kilsəsinin I dərəcəli “Müqəddəs Knyaginya Olqa” ordenini Azərbaycanın Birinci vitse-prez...

Yəmənin Baş naziriİSTEFA VERDİ

Yəmənin Baş naziri Əhməd Əvvad bin Mübarək istefa verib.   Sfera.az xəbər verir ki, bu barədə o, özünün “X” hesabında məlumat yayıb....

2021-ci ildə diqqət çəkmişdi: Parisdəki 3300 illik obeliskin sirri açıldı - FOTO

Parisin ən gur meydanlarından birində yerləşən 3300 illik obelisk illərdir həm turistlərin, həm də tarix həvəskarlarının diqqətini çəkir. Lakin 2021-ci ildə apa...

Rusiya ordusunda döyüşən azərbaycanlı HƏLAK OLDU

Rusiya-Ukrayna müharibəsində daha bir azərbaycanlı həlak olub.   Sfera.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.  ...

Sumqayıtda silah-sursat aşkarlandı

Sumqayıt şəhərinin müxtəlif ərazilərində silah-sursat aşkarlanıb.   Sfera.az xəbər verir ki, Corat qəsəbəsi ərazisində 1 ədəd təklülə ov tüfəngi...