"Sülhməramlılar Dünya müharibəsinə səbəb ola bilər" - Rusiya Qərbi hədələdi

"Sülhməramlılar Dünya müharibəsinə səbəb ola bilər" - Rusiya Qərbi hədələdi

"Tarixi Rusiya torpaqlarına sülhməramlıların göndərilməsi Üçüncü Dünya Müharibəsi riskini artırır".


Bu sözləri Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu müsahibədə bildirib.


Sfera.az  TASS Agentliyinə istinadən xəbər verir ki, Şoyqu Qərbin bəzi ölkələrinin Ukraynaya sülhməramlılar adı altında hərbi kontingent yerləşdirmək planlarını sərt şəkildə tənqid edib. Onun sözlərinə görə, bu cür addım NATO ilə Rusiya arasında birbaşa qarşıdurmaya səbəb ola bilər:

 

“Avropadakı daha həssas siyasətçilər başa düşürlər ki, belə bir ssenari NATO ilə Rusiya arasında müharibəni alovlandıra və hətta Üçüncü Dünya Müharibəsini yaxınlaşdıra bilər”.


Şoyqu əlavə edib ki, “sülhməramlı” anlayışı Ukraynada mineral ehtiyatlara nəzarəti gizlədən bir vasitədir. Onun fikrincə, bu cür qoşunlara “işğalçı” demək daha düzgün olardı:


“Bu, sülhməramlı missiya olmayacaq. Bu qüvvələr əsasən NATO ölkələrinə məxsus olacaq və onların hədəfi Rusiyanın təsirini zəiflətməkdir”.


O, həmçinin qeyd edib ki, bu cür kontingentin Ukraynadakı “nasist rejiminə”, pravoslav dindarların təqibinə və rusdilli əhaliyə qarşı hüquq pozuntularına dəstək verməsi ehtimalı var:


“Bu, Ukraynada rusdilli əhalinin mədəniyyət və dil hüquqlarından məhrum edilməsinə göz yummaqdır”.


Sergey Şoyqu çıxışının sonunda bildirib ki, beynəlxalq ictimaiyyət belə “sülhməramlı təşəbbüslərə” qoşulmaqda maraqlı deyil və bu, dünya ictimaiyyətinin getdikcə daha ayıq yanaşmasından xəbər verir.


Fidan Hacızadə


OXŞAR XƏBƏRLƏR

İlk türk astronavtı olduğunu iddia edərək yaponları belə aldadan adam

Serkan Anılır, sosial medianın həyatımıza yeni daxil olduğu bir vaxtda adını hallandıran təəccüblü ad olub. O, özünü ilk türk astronavtı və Yaponiyanın super be...

Mehriban Əliyevaya “Müqəddəs Knyaginya Olqa” ordeni təqdim edildi - FOTOLAR

Moskvanın və Bütün Rusiyanın Patriarxı Kirill Rus Pravoslav kilsəsinin I dərəcəli “Müqəddəs Knyaginya Olqa” ordenini Azərbaycanın Birinci vitse-prez...

Yəmənin Baş naziriİSTEFA VERDİ

Yəmənin Baş naziri Əhməd Əvvad bin Mübarək istefa verib.   Sfera.az xəbər verir ki, bu barədə o, özünün “X” hesabında məlumat yayıb....

2021-ci ildə diqqət çəkmişdi: Parisdəki 3300 illik obeliskin sirri açıldı - FOTO

Parisin ən gur meydanlarından birində yerləşən 3300 illik obelisk illərdir həm turistlərin, həm də tarix həvəskarlarının diqqətini çəkir. Lakin 2021-ci ildə apa...

Rusiya ordusunda döyüşən azərbaycanlı HƏLAK OLDU

Rusiya-Ukrayna müharibəsində daha bir azərbaycanlı həlak olub.   Sfera.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.  ...

Sumqayıtda silah-sursat aşkarlandı

Sumqayıt şəhərinin müxtəlif ərazilərində silah-sursat aşkarlanıb.   Sfera.az xəbər verir ki, Corat qəsəbəsi ərazisində 1 ədəd təklülə ov tüfəngi...