“Ticarət müharibəsini davam etdirmək mümkün deyil” - ABŞ maliyyə naziri

“Ticarət müharibəsini davam etdirmək mümkün deyil” - ABŞ maliyyə naziri

ABŞ Maliyyə naziri Skott Bessent Çin ilə davam edən ticarət müharibəsinin artıq ölkə üçün dözülməz bir yükə çevrildiyini bildirib. Nazir ABŞ iqtisadiyyatının bu qədər ağır gömrük tariflərini daşıya bilməyəcəyini qeyd edərək, ticarət müharibəsinin uzunmüddətli davamının mümkün olmadığını etiraf edib.

 

Sfera.az xarici mediaya istinadən xəbər verir ki, Bessentin bu açıqlamaları "JPMorgan" tərəfindən təşkil edilən bir konfransda səsləndirilib.

 

Nazir, ABŞ və Çin arasında tətbiq olunan yüksək tariflərin artıq ticarət embarqosuna çevrildiyini deyib və tərəflərin gec-tez razılaşma əldə edəcəyinə ümid etdiyini vurğulayıb.


Nazirin çıxışından sonra Nyu-York birjasında S&P 500 və Nasdaq indeksləri müsbət istiqamətdə hərəkət edib. S&P 500 indeksi 2.5 faiz, texnologiya yönümlü Nasdaq isə 2.7 faiz yüksəlib.


Əmtəə bazarlarında da hərəkətlilik müşahidə olunub. "Brent" neftinin qiyməti 1.5 faiz artaraq 67.27 dollara çatıb. Qızılın qiyməti isə gün ərzində 3.500 dollara qədər yüksəldikdən sonra 3.375 dollara geriləyib.


ABŞ Prezidenti Trampın ABŞ Mərkəzi Bankının (FED) rəhbəri Jerom Pauelli vəzifədən azad edəcəyinə dair ehtimallar da bazarlarda dalğalanmalara səbəb olub. Tramp, inflyasiyanın aşağı səviyyədə olduğunu və faiz dərəcələrinin endirilməməsi halında iqtisadi yavaşlamanın baş verə biləcəyini bildirib.


Bessent Çinlə razılaşma ümidini ifadə etsə də, hazırda ABŞ və Çin arasında rəsmi danışıqların aparılmadığını bildirib. Ağ Ev məsələ ilə bağlı hər hansı şərh verməyib.


Bəsti Rəfizadə


OXŞAR XƏBƏRLƏR

Ağ Ev: Tramp Putin və Zelenski ilə görüşməyə hazırdır

ABŞ Prezidenti Donald Tramp Rusiya lideri Vladimir Putin və Ukraynba dövlət başçısı Volodimir Zelenski ilə mümkün görüşə açıqdır, lakin Moskva və Kiyev arasında...

Azərbaycanlı ekspertlərdən maqnit qasırğası ilə bağlı XƏBƏRDARLIQ

Yer kürəsində maqnit qasırğası başlayıb.   Sfera.az-ın xəbərinə görə, bildirilir ki, qasırğasının intensivliyi güclü pozulma dövrləri ilə dəyişəcək. ...

Sumqayıtda üç avtomobil toqquşub, xəsarət alanlar var -FOTO

Sumqayıt şəhərində üç avtomobilin iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib, xəsarət alanlar var.   Sfera.az-ın məlumatına görə, qəza İsmət Qayıb...

Mayis Bərxudarova ağır itki

II ordu korpusunun sabiq komandiri, general-leytenant Mayis Bərxudarova ağır itki üz verib.   Sfera.az-ın məlumatına görə, Mayis Bərxudarovun atası Ş...

Nazirdən Qarabağ Universitetində təhsil alan tələbələrə ŞAD XƏBƏR

Qarabağ Universitetində təhsil alan tələbələrinə əlavə təqaüdlər veriləcək.   Elm və təhsil naziri Emin Əmrullayev  Xankəndidə Qarabağ Universit...

Fidan: İstanbulda Rusiya – Ukrayna danışıqları konstruktiv keçib

Türkiyənin xarici işlər naziri Hakan Fidan iyunun 2-də İstanbulda Ukrayna üzrə birbaşa danışıqların ikinci mərhələsinin konstruktiv şəraitdə keçdiyini bildirib....