İstanbulda 7 və daha yuxarı gücdə zəlzələ ola bilər — Professordan XƏBƏRDARLIQ!

İstanbulda 7 və daha yuxarı gücdə zəlzələ ola bilər — Professordan XƏBƏRDARLIQ!

İstanbulun Silivri və Böyükçəkmeçə bölgələrində baş verən ardıcıl zəlzələlərdən sonra tanınmış geoloq, professor Naci Görür ciddi xəbərdarlıqla çıxış edib. 

 

Sfera.az xəbər verir ki, sosial şəbəkə platforması "X" üzərindən paylaşım edən Görür böyük zəlzələnin baş verə biləcəyini bildirib.

 

Naci Görür ilk paylaşımında bildirib:
 

 

"Saat 12 radələrində Silivri ətrafıda 4,0 bal gücündə zəlzələ baş verdi. Zəlzələ Kumburqaz qırılma xətti zonasında yerləşir. Bu qırılma xətti kilidli vəziyyətdədir və enerji toplayır. Vaxtaşırı kiçik zəlzələlər baş verir. Yer olaraq əhəmiyyətlidir, diqqətli olmaq lazımdır. Kumburqaz xətti yüklənir".
 

 

Daha sonra etdiyi ikinci paylaşımda isə bu zəlzələlərin stressi artırdığını, bölgədə 7 və daha yuxarı gücdə böyük bir zəlzələnin gözlənildiyini qeyd edib:

 


"İstanbulda, Mərmərə dənizində, Kumburqaz qırılma xətti üzərində tez-tez zəlzələlər olur. Bunlar hələ gözlədiyimiz böyük zəlzələ deyil. Əksinə, bu təkanlar fayın topladığı stressi artırır, yəni fayı qırılmağa məcbur edir".
 

 

Naci Görür zəlzələyə qarşı hazırlıqların zəlzələ baş vermədən əvvəl aparılmalı olduğunu vurğulayaraq bunları deyib:
 

 

"Zəlzələ baş verəndə deyil, əvvəlcədən danışılıb tədbir görülməlidir. Bu məsuliyyəti ilk növbədə hökumət, sonra bələdiyyələr və xalq birlikdə yerinə yetirməlidir. Sadəcə bina tikmək şəhəri zəlzələyə hazır vəziyyətə gətirmək demək deyil. Zəlzələyə dayanıqlı şəhər tamamilə başqa bir anlayışdır. Artıq xalq özü də nəzarət və tələbkarlıqla tədbir görməlidir". Demokrat.az


OXŞAR XƏBƏRLƏR

17 yaşlı oğlan kanalda batdı

Ağcabədidə 17 yaşlı oğlan kanalda batıb.    Sfera.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə Qarabağ kanalının rayonun ...

Dövlətə xəyanət ittihamı ilə həbs olundu

Azərbaycan vətəndaşı İsmiyev Elnur Tahir oğlu dövlətə xəyanət ittihamı ilə həbs olunub.   Sfera.az-ın məlumatına görə, E.İsmiyev Dövlət Təhlükəsizliy...

Qətlə yetirilən qardaşların cənazəsi dəfn üçün Ağcabədiyə gətirildi

Rusiyanın Yekaterinburq şəhərində qətlə yetirilən qardaşlar Ziyəddin və Hüseyn Səfərovların cənazəsi dəfn üçün səhər saatlarında Ağcabədiyə gətirilib.  ...

Azərbaycanda karantin rejiminin uzadılması qərarı qüvvəyə minib - BU GÜNDƏN

Bu gündən Azərbaycan ərazisində xüsusi karantin rejiminin müddətinin uzadılması ilə bağlı yeni qərar qüvvəyə minib.   Sfera.az xəbər verir ki, Baş na...

İlon Mask ölkədə yeni siyasi partiya yaratmağa çağırıb

Amerikalı milyarder İlon Mask ABŞ prezidenti Donald Trampın hökumət xərclərinin azaldılması ilə bağlı qanun layihəsini tənqid etdiyini təkrarlayaraq ölkədə yeni...

"Onları vəhşicəsinə döyərək evdən çıxarıblar...” - VİDEO

“Onlara o qədər işgəncə verilib ki, bu, insanlığa sığmayan bir hərəkətdir”.   Sfera.az xəbər verir ki, bunu Yekaterinburqda hüquq-mühafiz...