"ABB" Davos Forumu ilə tərəfdaşlığa başlayır

"ABB" Davos Forumu ilə tərəfdaşlığa başlayır

"ABB" Dünya İqtisadi Forumu (Davos Forumu) ilə tərəfdaşlığa başlayır. Belə bir tərəfdaşlıq ABB-nin beynəlxalq əlaqələrini daha da gücləndirəcək. Bank
Forumun dünyanın müxtəlif ölkələrində keçirəcəyi tədbirlərdə iştirak edəcək, müzakirələrdə öz spikerləri ilə təmsil olunacaq, yeni tərəfdaşlarla, o cümlədən
investorlarla işgüzar əlaqələr quracaq.

 

Dünya İqtisadi Forumunun nümayəndələri Azərbaycana səfər çərçivəsində ABB-nin Baş ofisində də görüş keçiriblər. Onlara Bankın fəaliyyəti, strateji hədəfləri, son illər reallaşdırdığı uğurlu layihələr haqqında məlumat verilib. Gələcək əməkdaşlıq perspektivləri müzakirə edilib. ABB-nin Forumla tərəfdaşlıqdan faydalanmaq imkanları,  dünyadakı digər böyük bankların bu sahədə təcrübələri və s. mövzular ətrafında müzakirələr aparılıb. Görüş zamanı ABB-nin Dünya İqtisadi Forumu ilə tərəfdaşlığına dair sənəd də imzalanıb.

 

Davos Forumu adı ilə məşhur olan Dünya İqtisadi Forumu 1971-ci ildən keçirilir. Onun əsas məqsədi dövlət və hökumət başçılarını, beynəlxalq təşkilatları, elm adamlarını, biznes qurumlarını, sahibkarları bir araya gətirmək, yeni beynəlxalq iqtisadi layihələrin həyata keçirilməsini müzakirə və təşkil etməkdir. Forum dünya siyasətinə, beynəlxalq münasibətlərə ciddi təsir imkanlarına malikdir. Burada irəli sürülən yeni fikirlər, təşəbbüslər qlobal iqtisadiyyata istiqamət verir. Azərbaycan Dünya İqtisadi Forumunda 1995-ci ildən fəal şəkildə təmsil olunmaqdadır.

 

ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, //abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.


OXŞAR XƏBƏRLƏR

Ağ Ev: Tramp Putin və Zelenski ilə görüşməyə hazırdır

ABŞ Prezidenti Donald Tramp Rusiya lideri Vladimir Putin və Ukraynba dövlət başçısı Volodimir Zelenski ilə mümkün görüşə açıqdır, lakin Moskva və Kiyev arasında...

Azərbaycanlı ekspertlərdən maqnit qasırğası ilə bağlı XƏBƏRDARLIQ

Yer kürəsində maqnit qasırğası başlayıb.   Sfera.az-ın xəbərinə görə, bildirilir ki, qasırğasının intensivliyi güclü pozulma dövrləri ilə dəyişəcək. ...

Sumqayıtda üç avtomobil toqquşub, xəsarət alanlar var -FOTO

Sumqayıt şəhərində üç avtomobilin iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib, xəsarət alanlar var.   Sfera.az-ın məlumatına görə, qəza İsmət Qayıb...

Mayis Bərxudarova ağır itki

II ordu korpusunun sabiq komandiri, general-leytenant Mayis Bərxudarova ağır itki üz verib.   Sfera.az-ın məlumatına görə, Mayis Bərxudarovun atası Ş...

Nazirdən Qarabağ Universitetində təhsil alan tələbələrə ŞAD XƏBƏR

Qarabağ Universitetində təhsil alan tələbələrinə əlavə təqaüdlər veriləcək.   Elm və təhsil naziri Emin Əmrullayev  Xankəndidə Qarabağ Universit...

Fidan: İstanbulda Rusiya – Ukrayna danışıqları konstruktiv keçib

Türkiyənin xarici işlər naziri Hakan Fidan iyunun 2-də İstanbulda Ukrayna üzrə birbaşa danışıqların ikinci mərhələsinin konstruktiv şəraitdə keçdiyini bildirib....