Çin sabah komosa pilotlu kosmik gəmi göndərəcək

Çin sabah komosa pilotlu kosmik gəmi göndərəcək

Çin Pilotlu Kosmik Uçuşlar Proqramı İdarəsinin (CMSA) bu gün keçirdiyi mətbuat konfransında bildirilib ki, “Şençjou-20” adlı pilotlu kosmik gəmi 24 aprel tarixində, Pekin vaxtı ilə saat 17:17-də kosmosa göndəriləcək.


Sfera.az “ Haber Global” nəşrinə istinadən xəbər verir ki, missiyanın heyətinə təcrübəli astronavtlar daxildir. “Şençjou-20” orbitdə olduğu müddətdə “Tianzhou-9” yük kosmik gəmisi və növbəti pilotlu kosmik gəmi olan “Şençjou-21” ilə qarşılaşacaq.


Plana əsasən, hazırda orbitdə olan “Şençjou-19” ekipajı “Şençjou-20” heyətinə missiyanı təhvil verdikdən sonra, 29 aprel tarixində Dongfeng eniş sahəsinə geri dönəcək.


Yeni missiyanın gələn ilin oktyabr ayında Yerə dönməsi gözlənilir.

 

Fidan Hacızadə
 


OXŞAR XƏBƏRLƏR