Aybəniz Haşımovanın 1200 manatını OĞURLADILAR

Aybəniz Haşımovanın 1200 manatını OĞURLADILAR

Əməkdar artist Aybəniz Haşımova başına gələn dələduzluq hadisəsindən danışıb.

 

Sfera.az xəbər verir ki,bu barədə sənətçi “7 Tamam”da açıqlama verib.

 

O, qızı Aynişan Quliyevanın adından yazan dələduza aldanmasından söz açıb:
 

“Tələbəm Hikmətin qonaqlığı idi, başım ona qarışmışdı. O adam kimdirsə, mənim orada olduğumu bilib. Fikirləşib ki, əgər evdə olsam, ayıq başla onu yazanın Aynişan olub-olmadığını biləcəyəm. Sonra yazışmalara baxdım ki, nə qədər səhvləri var idi. Milanaya yazmışdı, ona görə aldandım. Milanaya “Milaşka” yazıb. Haradan bilir ki, mən Milaşka deyirəm? Soruşub ki, müəllimən haradadır? Deyib, Hikmətin qonaqlığındayıq. Axı Teleqramda nömrə görünmür, ad yazılır. Bir maraqlı məqam var ki, həmişə Aynişanın yazdığı cümləni yazmışdı: “Ana, mənə kartından pul göndərərsən?
 

Elə olur ki, kartında problem olur, ya da kartla köçürməli olur. Kimdənsə şübhələnmək, ürəyimi bulandırmaq istəmirəm. Sevinirəm ki, o adam övladımı nə qədər sevdiyimi bildi. 1200 manat göndərdim. Getdi... Həmin dəqiqələrdə yenə istədi, onda bildim ki, yalandır. Polisə müraciət etmişik. Deyir ki, kartında nə qədər pulun qalıb? Axı Aynişan belə sual verməz. Onda dedim ki, bu başqa adamdır. Mən heç baxmadım, əhəmiyyət vermirdim, tədbirə başım qarışmışdı. O sözü məni dayandırdı. Aynişana zəng etdim ki, sənə pul gəldi? Deyir, nə pul? Mənə əsəbiləşmişdi ki, niyə belə iş görürsən? Dedim, nə edim, sənin adından istədi”. (Olay.az)


OXŞAR XƏBƏRLƏR

Bugünkü sertifikasiya imtahanlarında 3 300 müəllim istirak etdi

Təhsilverənlərin təkrar sertifikatlaşdırılması prosesinin test imtahanı mərhələsi keçirilib.   Bu barədə Sfera.az-a Məktəbəqədər və Ümumi Təhsil...

Dünya İB məktəbinin şagirdi beynəlxalq olimpiadada qızıl medal QAZANDI –FOTO

Dünya İB məktəbinin 4-cü sinif şagirdi Eyyub Əli, beynəlxalq səviyyəli olimpiadada ölkəmizi uğurla təmsil edib.   Bu barədə Sfera.az-a Dünya İB məktəbi...

Safurə həyat yoldaşı ilə qızının məzun günündə

"Avroviziya" təmsilçilərimizdən olan Safurə Əliyeva ailə fotolarını izləyiciləri ilə bölüşüb.   Sfera.az xəbər verir ki, müğənni övlad...

Qarabağ kanalında batan yeniyetmənin axtarışları davam edir

Xəbər verdiyimiz kimi, ötən gün axşam saatlarında Qarabağ kanalında 15 yaşlı yeniyetmə batıb.   Sfera.az xəbər verir ki, Fövqəladə Hallar Nazirl...

İran İsrailin Hayfa şəhərini raketlə vurdu – ANBAAN VİDEO

İran İsrailə raket hücumuna başlayıb.   Sfera.az xəbər verir ki, bu barədə “Fars” agentliyi məlumat yayıb.   Artıq İran r...

Saxta hərbi bilet verən şəxsin işi məhkəməyə göndərildi

Rüşvət müqabilində çağırışçıları hərbi xidmətdən yayındırmaqda təqsirləndirilən vəzifəli şəxslər barəsində cinayət işi məhkəməyə göndərilib.   Sfera....