Deputat: "Qiymətləndirmə və müvafiq təkliflərin hazırlanmasına ehtiyac var"


Deputat: "Qiymətləndirmə və müvafiq təkliflərin hazırlanmasına ehtiyac var"

Hesablama Palatasının 2024-cü ildəki fəaliyyəti haqqında hesabat həyata keçirilmiş auditlərin əhatə dairəsinin genişləndirilməsi ilə bərabər, kənar dövlət maliyyə nəzarətinin kəmiyyət və keyfiyyətin yüksəlməsinə nail olunduğunu nümayiş etdirir.

 

Sfera.az xəbər verir ki, bunu deputat Soltan Məmmədov Milli Məclisin bu gün keçirilən plenar iclasında -Palatanın ötənilki fəaliyyəti ilə bağlı hesabatın müzakirəsi zamanı bildirib.

 

"İşğaldan azad edilmiş ərazilərin bərpası, ətraf mühit, iqtisadi fəaliyyət, sosial müdafiə və sosial təminat, təhsil və səhiyyə sahələri üzrə Kənar Dövlət Maliyyə Nəzarəti tədbirlərinin həyata keçirilməsi üçün maliyyə və uyğunlaşma auditləri ilə bərabər səmərəlilik auditinin aparılması təqdirə layiqdir", - deyə o qeyd edib.

 

Bundan başqa, deputatın sözlərinə görə, davamlı sosial iqtisadi-inkişaf strategiyasını uğurla reallaşdıran Azərbaycan hökuməti Dünya İqtisadi Forumunun “Qlobal Rəqabətlilik Hesabatının qiymətləndirməsinə görə, regionun ən yüksək rəqabətli iqtisadiyyatı statusunun qorunmasında maraqlıdır: "Bna görə də Hesablama Palatasının dövlət maliyyəsi üzrə hesabatlılıq və fiskal məsuliyyətin gücləndirilməsinə yönəlmiş audit fəaliyyəti davamlı iqtisadi inkişafın təmin olunması və iqtisadiyyatın bütün sahələrində dayanıqlı inkişaf məqsədlərinə nail olmağa xidmət edir".

 

O qeyd edib ki, bu il BMT-də keçirilmiş parlament dinləmələrində təqdim olunmuş Dayanılıq İnkişaf Məqsədləri üzrə hesabat və ölkə təcrübəsi nümunələrində bir sıra indikatorlar üzrə Azərbaycan təkcə regionda deyil, dünya iqtisadi xəritəsində inkişaf etmiş dövlətlər üçün nümunə kimi təqdim olunub: "ÜDM-ün 100%-dən çox payı qədər dövlət borcu olan inkişaf etmiş ölkələr Azərbaycanın bu istiqamətdə əldə etdiyi uğurlu təcrübənin öyrənilməsində maraqlı olduqlarını bəyan edib".



"Ətraf mühitin qorunması, iqlim dəyişikliyi ilə mübarizə, ətraf mühitin insan sağlamlığına mənfi təsirinin düzgün qiymətələndirilməsi sosial-iqtisadi işkişafa dair milli prioritetlər kimi qəbul olunmuşdur. Bu səbəbdən, Hesablama Palatası tərəfindən təqdim olunmuş səmərəlilik, qənaətlilik və nəticəlilik prisiplərinə əsaslanan auditlərdə bir sıra Dayanıqlı İnkişaf Məqsədlərinin qlobal göstəricilər sisteminə daxil olan indikatorlarının ölkədə hesablanıb-hesablanmaması üzrə hesabat düşünürəm çox önəmlidir. Belə ki, hesabatda qeyd olunan yaşayış binalarında havanın və atmosfer havasının çirklənməsi səbəbindən ölüm səviyyəsi, bərk məişət tullantılarının şəhər tullantılarının ümumi kütləsində payı, təhlükəsiz su, təhlükəsiz gigyena və sanitariya, ərzaq təhlükəsizliyi və düzgün qidalanma ilə bağlı bir sıra indikatorların hesablanması gələcəkdə təkmilləşdirilməsi tələb olunan vacib məsələlərdəndir", - deyə deputat vurğulayıb.

 

Onun sözlərinə görə, sevindirici haldır ki, hesabatda səmərəlilik auditinin nəticəsi kimi bir sıra önəmli tövsiyələrlə yanaşı, görülmüş tədbirlər də təqdim olunub: "Qeyd olunan məsələlər arasında ölkə iqtisadiyyatında önəmli yer tutan kənd təsərrüfatının inkişafı üçün əsas tövsiyələrdən birini xüsusi vurğrlamaq istərdim.
Kənd təsərrüfatının inkişafı, qida təhlükəsizklliyinin təmin olunması, yerli istehsalın təşviqi istiqamətində dövlət tərəfindən çoxsaylı innovativ maliyyələşdirmə mexanizmləri tətbiq olunur. Hesabatda əsaslı olaraq təqdim olunmuş bir sıra normalara yenidən baxılması, idarəetmənin təkmilləşdirilməsi, kənd təsərrüfatında susidiyalaşdırma mexanizminin təkmilləşdirilməsi məqsədi ilə qanunvericilikdə dəyişikliklərin həyata keçirilməsinin vacibliyi qeyd olunmuşdur. Düşünürəm ki, gələcəkdə bu sahədə daha geniş monitorinq, qiymətləndirmə və müvafiq təkliflərin hazırlanmasına ehtiyac var".


OXŞAR XƏBƏRLƏR

Bu yolda hərəkət tam məhdudlaşdırılacaq

Bakının Ənvər Qasımzadə küçəsində avtomobillərlə hərəkət məhdudlaşdırılacaq.   Sabah saat 08:00-dan iyunun 22-si saat 22:00-a qədər Bakının Nəsimi ra...

Doktoranturaya qəbul olmaq istəyənlərin NƏZƏRİNƏ: Bu tarixdə imtahan keçiriləcək

İyunun 22-də doktorantura və dissertantura səviyyəsində xarici dil fənni üzrə qəbul və fəlsəfə doktoru imtahanı keçiriləcək.   Sfera.az xəbər ve...

DTX-nin saxladığı icra başçısı və müavinlərinin nədə ittiham olunduğu bilindi

Qax Rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyev və saxlanılan digər vəzifəli şəxslərin nədə ittiham olunduğu məlum olub.   Sfera.az report-a ist...

Narkotik bükümlərini udan şəxs xəstəxanada öldü

Bakıda narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxs cinayət təqibindən yayınmaq üçün kuryoz addım atıb.   Sfera.az xəbər ver...

Birliyimizin təməlində ortaq tariximiz və lider qətiyyəti dayanır

Azərbaycan-Türkiyə birliyinin bu gün nə qədər güclü olduğunu görmək üçün iyunun 19-da Kahramanmaraşda “Azərbaycan”  məhəlləsinin açılış mərasim...

Bu mağazada vaxtı keçmiş məhsullar satılır – FOTO

  Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları Bərdə rayonu, Babək küçəsində fəaliyyət göstərən, Ərşad Üzeyir oğlu Bayramova məxsus pe...