ƏDV çeki ilə bağlı açıqlama - Cərimələnə bilərsiniz

ƏDV çeki ilə bağlı açıqlama - Cərimələnə bilərsiniz

Bəzi mağazalar müştərilərə alış-veriş zamanı ƏDV çeki vermir və bunu məhsulları daha ucuz satmaqla izah edirlər. Xüsusilə kartla ödəniş zamanı belə halların baş verməsi alıcılar arasında narazılıq yaradır. Bu isə vətəndaşların hüquqları və satıcıların vəzifələri ilə bağlı suallar doğurur.

 

Sfera.az xəbər verir ki, iqtisadçı ekspert Ləman Rüstəmova Metbuat.az-a açıqlamasında əlavə dəyər vergisinin Azərbaycanda qanunvericilik əsasında tənzimləndiyini və hər hansı xidmətlərin göstərilməsi, yaxud malların satışı zamanı dövlətə ödənilməli olan vergi növü olduğunu bildirib.

 

O qeyd edib ki, illik dövriyyəsi 200 000 manatdan artıq olan və yaxud könüllü şəkildə ƏDV qeydiyyatına düşən müəssisələr ƏDV ödəyicisi hesab edilir və mütləq şəkildə müştərilərə ƏDV çeki təqdim edilməlidir:

 

“Məhsulun qiymətinin ucuz və ya baha olmasının bu məsələ ilə heç bir aidiyyəti yoxdur və həmin müəssisənin ƏDV öhdəliyinin olub-olmamasını dəyişmir. ƏDV hər bir halda müştəriyə təqdim olunmalıdır. Tez-tez rast gəlinir ki, müştəriyə ƏDV çekləri verilmir. Belə halda əgər kartla ödəniş edilibsə, bu, müəssisə üçün daha ağır qanun pozuntu sayılır. Çünki bu, elektron ödəniş kimi qeydə alınır, sistemdə görünür və müştəriyə çek təqdim edilmədikdə vergidən yayınma halı kimi qiymətləndirilə bilər. Yəni həmin ticarət obyektinin vergi orqanlarından gizli dövriyyə apardığı hesab olunur. Bu da ciddi şəkildə maliyyə sanksiyası ilə nəticələnə bilər”.

 

 

L.Rüstəmova Vergi Məcəlləsinin bu məsələyə çox ciddi yanaşdığını vurğulayıb:

 

“Belə ki, Vergi Məcəlləsinin 58-ci maddəsində kassa ilə bağlı ƏDV çeklərinin verilməməsi, pul hesablaşmalarının düzgün yerinə yetirilməməsi qaydaların pozulması kimi qiymətləndirilir. Bu zaman məhdud məsuliyyətli cəmiyyətlərə təqvim ili ərzində birinci dəfə pozuntu baş verərsə, 1000 manat; ikinci dəfə baş verərsə, 3000 manat; üç və daha çox dəfə baş verərsə, 6000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir. Xüsusilə də əgər pozuntular davamlı baş verərsə, həmin müəssisələrin fəaliyyətinin dayandırılması ehtimalı da mövcuddur. Fiziki şəxslərə isə fiskal çekin təqdim edilməməsinə görə 400 manata qədər cərimə tətbiq oluna bilər”.

 

İqtisadçı əlavə edib ki, vətəndaşlara ƏDV çeki təqdim edilmədikdə, onlar Vergilər Nazirliyinin 195 Çağrı Mərkəzinə və yaxud da “Vergilər” mobil tətbiqi vasitəsilə anonim şəkildə şikayət edə bilərlər.


OXŞAR XƏBƏRLƏR

Bu yolda hərəkət tam məhdudlaşdırılacaq

Bakının Ənvər Qasımzadə küçəsində avtomobillərlə hərəkət məhdudlaşdırılacaq.   Sabah saat 08:00-dan iyunun 22-si saat 22:00-a qədər Bakının Nəsimi ra...

Doktoranturaya qəbul olmaq istəyənlərin NƏZƏRİNƏ: Bu tarixdə imtahan keçiriləcək

İyunun 22-də doktorantura və dissertantura səviyyəsində xarici dil fənni üzrə qəbul və fəlsəfə doktoru imtahanı keçiriləcək.   Sfera.az xəbər ve...

DTX-nin saxladığı icra başçısı və müavinlərinin nədə ittiham olunduğu bilindi

Qax Rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyev və saxlanılan digər vəzifəli şəxslərin nədə ittiham olunduğu məlum olub.   Sfera.az report-a ist...

Narkotik bükümlərini udan şəxs xəstəxanada öldü

Bakıda narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxs cinayət təqibindən yayınmaq üçün kuryoz addım atıb.   Sfera.az xəbər ver...

Birliyimizin təməlində ortaq tariximiz və lider qətiyyəti dayanır

Azərbaycan-Türkiyə birliyinin bu gün nə qədər güclü olduğunu görmək üçün iyunun 19-da Kahramanmaraşda “Azərbaycan”  məhəlləsinin açılış mərasim...

Bu mağazada vaxtı keçmiş məhsullar satılır – FOTO

  Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları Bərdə rayonu, Babək küçəsində fəaliyyət göstərən, Ərşad Üzeyir oğlu Bayramova məxsus pe...